8 mart 2002-ci ildə Şəki şəhərində anadan olub.
Təhsili
2019-2023-cü illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsində bakalavr təhsili alıb.
Əmək fəaliyyəti
2020-2022-ci illərdə Bakı Dövlət Universitetinin “Enactus” komandasının layihə meneceri;
2021-2022-ci illərdə Aqrar Kredit və İnkişaf Agentliyində Ekologiya departamentində təcrübəçi;
2021-ci ilin sentyabr-dekabr aylarında Azərbaycan Mühəndislər Birliyində Ekologiya şöbəsində təcrübəçi;
2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun Hüquq, kadrlar və kargüzarlıq şöbəsində təcrübəçi;
2022-ci ilin mart-may aylarında Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində təcrübəçi kimi fəaliyyət göstərib.
2023-cü ilin iyun ayından İİTKM-də “Enterprise Azerbaijan” portalının layihə meneceri vəzifəsində çalışır.
Mükafatları
2020-ci ildə “Enactus Azərbaycan” Milli Müsabiqəsində 1-ci yerin qalibi, beynəlxalq sertifikatın sahibi;
2021-ci ildə “Youth.Inc - New generation 2.0” müsabiqəsində 1-ci yerin və qrant mükafatının qalibi;
2022-ci ildə “Big Idea Challenge” müsabiqəsinin finalçısı;
2022-ci ildə “Fransa-Almaniya Gender Bərabərliyi” mükafatının finalçısı.
Azərbaycan, ingilis və türk dillərini bilir.