Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Apellyasiya Şurasına müraciət qəbulu

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı Mərkəzin, onun strukturuna daxil olan qurumların və tabeliyindəki digər qurumların qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən verdikləri şikayətlərə baxan, ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır.


Mərkəzin aidiyyəti struktur bölməsi və ya onun strukturuna daxil olan qurumlar və tabeliyindəki digər qurumlar tərəfindən baxılmadan birbaşa Apellyasiya Şurasına daxil olmuş şikayətlər (təkrar şikayət hesab edilməyən şikayətlər), habelə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər baxılması üçün aidiyyəti üzrə göndəriləcək. Həmçinin Apellyasiya Şurasına şikayətləri yalnız sahibkarlar, onların qanuni nümayəndələri verə bilərlər və bu şikayətlər yalnız sahibkarlıq fəaliyyəti ilə, eləcə də onların özlərinə aid sahibkarlıq fəaliyyəti ilə bağlı olmalıdır.


Elektron poçt ünvanı: apellyasiya@ereforms.gov.az



Qeyd: Qoşma faylın formatı zip, doc, docx, pdf və həcmi 2MB-a qədər olmalıdır.
* - Bütün ulduzlu xanalar doldurulmalıdır. Müraciət et

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R