Sərbəst Satış Sertifikatı

Sərbəst Satış Sertifikatı nədir?

Sərbəst Satış Sertifikatı, bəzi sektorlar üzrə (qida, kosmetik məhsullar, tibbi ləvazimat və avadanlıqlar), məhsulun ixrac olunduğu ölkənin bütün standartlarına cavab verdiyini və istehsalçının daxili bazarlarda müvafiq məhsulun satışını apardığı barədə təsdiqedici sənəddir.

Hansı ölkələr Sərbəst Satış Sertifikatı tələb edirlər?

Sərbəst Satış Sertifikatları ən çox inkişafda olan ölkələr tərəfindən tələb olunur. Bunlar əsasən Cənub-Şərqi Asiya, Cənubi Amerika, Afrika və Ərəb ölkələridirlər. Qeyd etmək lazımdır ki, bütün idxal məhsulları üçün bu sertifikatı tələb edən ölkələrin sayı hər il artmaqdadır.

Sərbəst Satış Sertifikatını əldə etmək üçün nə etmək lazımdır?

İxracatçı ödənişi, Sərbəst Satış Sertifikatı üçün lazımlı sənədləri (qida təhlükəsizliyi sertifikatı, baytarlıq/fitosanitar sertifikatı, uyğunluq sertifikatı, qeydiyyat şəhadətnaməsi və malların ölkə daxilində satışını sübut edən sədərləri) və sertifikatın alınması üçün ərizəni doldurduqdan sonra icra üçün Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə göndərməlidir. Ərizə alındıqdan 3 (üç) -14 (on dörd) iş günü müddətində Sərbəst Satış Sertifikatı hazır və təsdiqlənmiş şəkildə onlayn qaydada və ixracatçının ərizədə göstərdiyi ünvana fiziki qaydada çatdırılır.

Daha ətraflı məlumat almaq üçün bura klik edib sənədlə tanış ola bilərsiniz

Sərbəst Satış Sertifikatını əldə etmək üçün tələb edilən ödənişin həcmi nə qədərdir?

Sərbəst Satış Sertifikatını əldə etmək üçün tələb edilən ödəniş 20 AZN həcmindədir. Eyni məhsul üçün 1-dən artıq ölkəyə Sərbəst Satış Sertifikatı alınırsa o zaman 2-ci və hər əlavə sertifikat bu məhsul üçün 5 manatdan hesablanır.

Sərbəst Satış Sertifikatının etibarlılıq müddəti nə qədərdir?

Sərbəst Satış Sertifikatı təqdim edildiyi gündən 1 il müddətinə etibarlı hesab edilir. Sertifikatın həqiqiliyini və etibarlığını təsdiq etmək üçün www.dth.az/check keçidindən istifadə edilir.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R