Enterprise Azerbaijan

ENTERPRISE AZERBAIJAN portalı 

 EnterpriseAzerbaijan.com portalı Prezident İlham Əliyevin 2018-ci il 19 sentyabr tarixli "Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı əsasında yaradılıb. Portalın məqsədi ölkədə sahibkarlığın inkişafını təmin etdirməklə, yeni ideya, startap, investisiya və ya biznes layihələrinin həyata keçməsində alternativ maliyyə mənbələrini ölkə iqtisadiyyatına cəlb etmək,  portala yerləşdirilən layihələri yerli və xarici investorların diqqətinə çatdırmaqda vasitəçi olmaq, o cümlədən ölkədə fəaliyyət göstərən sahibkarlara və startapçılara layihələrini dünya standartlarına uyğunlaşdırmaqda və təkminləşdirməkdə dəstək göstərməkdir.

Portalın funksionallıqları

-          Asan qeydiyyat

-          İstifadəçi üçün rahat interfeys

-          3 dildə (Azərbaycan, Rus və İngilis) nümayiş olunan layihələr

-          İnvestorlar üçün 4 kriteriyalı (sektor, rayon, kateqoriya və investisiya məbləği) axtarış sistemi

-          “Niyə məhz Azərbaycan”

-          “Geo-İqtisadi” xəritə

-          Onlayn çat

Enterprise Azerbaijan xidmətləri

-          Biznes planın qurulması

-          Bazar araşdırmaları

-          Şirkətin təsis edilməsi prosedurlarında dəstək

-          İnkubasiya və akselerasiya

-          Mentorluq

-          Layihə təqdimatlarının təkmilləşdirilməsi

-          Marketinq məsləhətləri

-          Beynəlxalq platformalara inteqrasiya

-          Kraudfandinq imkanları

-          İxrac prosedurlarının həyata keçirilməsi və logistik xidmətlər

“Niyə məhz Azərbaycan”

Azərbaycanda investisiya mühiti və biznesə başlamaq üçün zəruri prosedurlar  portalın «Niyə məhz Azərbaycan» bölümündə infoqraflarla əks olunub.

“Geo-İqtisadi xəritə” 

Post-sovet məkanında ilk dəfə, Enterprise Azerbaijan portalında bütün coğrafi obyektləri müxtəlif kateqoriyalar üzrə özündə əks etdirən geniş əhatəli və praktik geo-iqtisadi xəritə  təqdim olunur.

“Kraudfandinq” imkanları

Enterprise Azerbaijan beynəlxalq platformalara inteqrasiya olunur. Yerli startaplara və innovativ məhsul sahiblərinə kraudfandinq platformalarına çıxış imkanları təqdim edir.

Enterprise Azerbaijanın inteqrasiya olunduğu portallar

Etsy, Udemy, Ebay, Indiegogo, Amazon, Experiment, GoFundMe, Crowdfunder,Patreon,GoGetFunding, Crowdfunder.co.uk,Amazon kindle, Sotheby's. 

Ətraflı məlumat almaq üçün buraya klik edə bilərsiniz.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R