Rəqəmsal Ticarət Qovşağı
“DTH - Rəqəmsal Ticarət Qovşağı (DTH) Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 fevral tarixli “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı əsasında yaradılıb.Rəqəmsal Ticarət Qovşağı ölkədə elektron ticarətin infrastruktur bazasının daha da inkişaf etdirilməsi və Azərbaycan Respublikasının regionda rəqəmsal ticarət qovşağı kimi mövqeyinin gücləndirilməsi məqsədi ilə yaradılmış elektron dövlət-özəl tərəfdaşlıq platformasıdır. RTQ vasitəsilə qeyri-rezidentlərə mobil və elektron rezidentlik təqdim olunur. Azərbaycan Dünyada m-Residentlik təklif edən 1-ci, e-Residentlik təklif edən Estoniyadan sonra 2-ci və ölkədir. Bu qovşaq vasitəsilə əcnəbi vətəndaşlara bir sıra elektron xidmətlər təqdim olunur:”
Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Konsorsiumu – Azərbaycanda rəqəmsal infrastrukturun və transsərhəd elektron ticarət platformasının inkişafı və ölkənin mövqelərinin regional və qlobal miqyasda gücləndirmək üçün yaradılan dövlət-özəl tərəfdaşlığıdır. Konsorsiumda özəl sektor təmsilçiləri PAŞA Bank, B.EST Solutions və AzerTelecom və dövlət sektorunu təmsil edən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yer alır. Konsorsium, Azərbaycanın müasir rəqəmsal xidmətləri və infrastrukturunun tətbiqi və ölkənin rəqəmsal transformasiyasına təsir edən transsərhəd elektron xidmətlər infrastrukturunu inkişaf etdirmək məqsədi daşıyır.
DTH vasitəsilə 2018-2020 –ci illərdə 30 ölkədən 100-dən çox əcnəbi vətəndaşa Azərbaycanın Virtual Fərdi İdentifikasiya Nömrəsi və ölkədə dövlət və biznes elektron xidmətlərindən yararlanmaları üçün fərdi və biznes tipli elektron imza sertifikatları təqdim edilib
Ətarflı məlumat almaq üçün buraya klik edə bilərsiniz.
