Azexport

AZEXPORT – Azexport.az portalı Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 21 sentyabr 2016-cı ildə imzalanan Sərəncamı əsasında yaradılıb. Portral vasitəsilə Azərbaycanda istehsal olunan malların vahid məlumat bazası formalaşıb. İndi sahibkarların öz yerli məhsullarını 150-ə yaxın ölkədə fasiləsiz tanıtmaq imkanı var. 

Portal Azərbaycan istehsalı olan rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların xarici bazarlarda “Made in Azerbaijan” brendi adı altında təşviqinə dəstək verir. Azexport ölkədə biznes mühitinin yaxşılaşdırılması üçün ixracatçı sahibkarlara nəqliyyat, logistika, ödəniş və sertifikatlaşdırma, sahəsində dəstək göstərir.

Azexport portalı “Amazon.com”, “alibaba.com”, “all.biz”, “Go4worldbusiness.com” kimi geniş auditoriyaya malik olan 15-dən artıq portallara inteqrasiya olunması Azərbaycan istehsalı olan məhsulların dünya bazarına çıxış imkanlarını artırır, onların satış əhatəsini genişləndirir.

Ətraflı məlumat almaq üçün buraya klik edə bilərsiniz.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R