Monitorinq və Qiymətləndirmə

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və Qiymətləndirmə Qrupu strateji yol xəritələrinin, dövlət proqramlarının, tədbirlər planlarının, iqtisad yönümlü təşviq layihələrinin, habelə sənaye parkları, məhəllələri və aqroparklarda həyata keçirilən fəaliyyətlərin monitorinqini və qiymətləndirilməsini həyata keçirir, dövlət qurumlarının sifarişi əsasında iqtisadi yönümlü dövlət proqramlarının və strategiyaların, iqtisadi təşviq layihələrinin texniki-iqtisadi əsaslandırılmasını, risk təhlilini aparır, həmçinin icra müddəti bitmiş dövlət proqramlarının və dövlət investisiya layihələrinin iqtisadi səmərəsini qiymətləndirir.

Strateji yol xəritələrində və digər dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasının vaxtında və yüksək səviyyədə yerinə yetirmək üçün, yerli və xarici ekspertlərin, təcrübəli mütəxəssislərin, məsləhətçi şirkətlərin, elmi təşkilatların, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların təcrübəsi əsasında monitorinq və qiymətləndirmə idarəetmə sistemi formalaşdırılmış və davamlı olaraq əlaqələndirici və icraçı qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərilərək monitorinq və qiymətləndirmə prosesi həyata keçirilir.

Missiyamız

İcra, monitorinq, qiymətləndirmə, koordinasiya və kommunikasiya proseslərini vahid bir platformada institusionallaşdırmaq.

Vizyonumuz

Rəqəmsal monitorinq və qiymətləndirmə institutunu elektron hökumətin funksionallığı kimi görmək.

Dəyərlərimiz

  • Yüksək peşəkar standartlara riayət etmək
  • Yüksək etik normalara əməl etmək
  • Monitorinq və qiymətləndirmə prosesinin aparılmasında sifarişçi inamını qorumaq
  • Dövlətçilik maraqlarını üstün tutmaq
  • Çevik koordinasiya və kommunikasiyanı təmin etmək
  • Monitorinq və qiymətləndirmə prosesinin şəffaflığını təmin etmək
  • Hesabatlılığı gücləndirmək
Xidmət 1

İqtisadi yönümlü dövlət proqramlarının və iqtisadi təşviq layihələrinin texniki-iqtisadi əsaslandırılmasının və risk təhlilinin aparılması, həmin layihələrlə bağlı maraqlı şəxslər arasında sorğuların keçirilməsi

Dövlət proqramları və iqtisadi təşviq layihələri üzrə texniki-iqtisadi əsaslandırma, risk təhlili və maraqlı şəxslər arasında sorğuların keçirilməsi.

Xidmətə müraciət et
Xidmət 2

Sənaye parkları, məhəllələri və aqroparklarda həyata keçirilən fəaliyyətin, habelə iqtisadi yönümlü dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi

Sənaye parkları, məhəllələri və aqroparklarda fəaliyyətin, habelə iqtisadi yönümlü dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi.

Xidmətə müraciət et
Xidmət 3

İcra müddəti bitmiş iqtisadi yönümlü dövlət proqramlarının və dövlət investisiya layihələrinin iqtisadi səmərəsinin qiymətləndirilməsi

İcra müddəti bitmiş iqtisadi yönümlü dövlət proqramlarının və dövlət investisiya layihələrinin iqtisadi səmərəsinin qiymətləndirilməsi.

Xidmətə müraciət et