İİTKM-in innovativ layihələri Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlığa başlayıb
İİTKM-in innovativ layihələrinin (azexport.az, enterpriseazerbaijan.gov.az, Rəqəmsal Ticarət Qovşağı) rəhbərləri və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) əməkdaşları arasında görüş keçirilib. Onlayn formatda təşkil olunmuş görüşdə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi və GIZ tərəfindən həyata keçirilən “Davamlı və rəqəmsal nəqliyyat dəhlizlərinin təşviqi yolu ilə Şərq Tərəfdaşlığı ölkələri və Avropa İttifaqı arasında ticarət əlaqələrinin gücləndirilməsi” adlı layihə çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov, Rəqəmsal Ticarət Qovşağının rəhbəri İsmət Mehrəliyeva və “Enterprise Azerbaijan” portalının layihə meneceri Nəzrin Əkbərova layihələr haqqında ətraflı təqdimatlar ediblər. Onlar ölkə üzrə ticarət imkanları üçün rəqəmsal həllərin tətbiqi, rəqəmsal əlaqələrin qurulması, rəqəmsal nəqliyyat dəhlizlərinin yaradılması və digər mövzularda prioritet istiqamətlər üzrə müzakirələr aparıblar.
Görüşdə GIZ-in proqram mütəxəssisi Bahar Arabova, nəqliyyat sahəsi üzrə baş məsləhətçi Armin Vaqner, ticarət, rəqəmsallaşma və özəl sektorun inkişafı üzrə məsləhətçi Kullmann Feliks iştirak ediblər.
Layihə Şərq Tərəfdaşlığı ölkələrində dayanıqlı, multimodal nəqliyyat, logistika və onların rəqəmsal transformasiyası baxımından bu ölkələr arasında iqtisadi inteqrasiyanı dərinləşdirmək məqsədi daşıyır. Layihənin 2024-cü ildən başlayaraq üç il ərzində icra edilməsi nəzərdə tutulub.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib