Süni İntellekt Strategiyası ilə bağlı yaradılan “Monitorinq və hesabatlılıq” modulu strateji idarəetməyə dəstək verəcək
“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın icrası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən yaradılan “Monitorinq və hesabatlılıq” modulu ilə izlənəcək. Mərkəzin Rəqəmsal Ticarət Qovşağının rəhbəri vəzifəsini icra edən Aygün Əhmədova modulun formalaşdırılması ilə bağlı mühüm məqamları şərh edib.
Modul vasitəsilə layihələrin konsepsiyası, tədbirlərin yerinə yetirilmə vəziyyəti, illər üzrə icra göstəriciləri, maliyyə və texniki-iqtisadi əsaslandırmalar, ayrılmış və istifadə olunmuş büdcə vəsaiti, eləcə də satınalma sənədləri kimi məlumatlar sistemləşdiriləcək. Eyni zamanda, əvvəlki proqramların monitorinq və qiymətləndirmə prosesində olduğu kimi, iri layihələrə dair aidiyyəti foto və videomaterialların, o cümlədən birbaşa (onlayn) kamera müşahidəsinin yerləşdirilməsi üçün “Layihə idarəetməsi” modulunda müvafiq bölmələrin yaradılması da nəzərdə tutulur. Bu informasiya bazası Strategiyanın icrasında şəffaflıq və hesabatlılıq üçün əsas təşkil edəcək.
Aygün Əhmədova qeyd edib ki, bu modul yalnız nəzarət aləti deyil, həm də strateji idarəetməni dəstəkləyən və qərarların qəbulunu asanlaşdıran mexanizm olacaq. Strategiyanın icrasının nəticələri hər il fevralın 28-dək Nazirlər Kabinetinə təqdim olunacaq və bu da davamlı ölçülə bilən inkişafın təmin edilməsinə imkan verəcək.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən daha əvvəl yaradılmış “Layihə idarəetməsi” modulundan bu prosesdə əsas alət olaraq istifadə ediləcək. Bu modul artıq bir çox dövlət qurumu tərəfindən öyrənilib və tətbiqinə başlanılıb. “Layihə idarəetməsi” modulu real vaxt rejimində fəaliyyət göstərən və dövlət proqramlarının icrasında nəticəyönümlü yanaşmanı gücləndirən bir platformadır. Modul proqram idarəetməsinin modernləşdirilməsinə və daha səmərəli şəkildə həyata keçirilməsinə, eyni zamanda qərarların qəbulunda effektivliyin artırılmasına mühüm töhfə verəcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” 4 əsas prioritet istiqamət üzrə – idarəetmə, məlumat infrastrukturu, insan kapitalı və əlverişli biznes mühiti – ümumilikdə 15 tədbiri əhatə edir. Sənəddə Strategiyanın icrasına nəzarət və əlaqələndirmə məqsədilə Nazirlər Kabineti Aparatının rəhbərinin sədrlik etdiyi İşçi qrupun yaradılması da nəzərdə tutulub. İşçi qrup ildə ən azı iki dəfə toplanacaq və prosesin gedişinə dair qərarların verilməsində iştirak edəcək.






Ekspert yazıları
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan innovasiya yolunda irəliləyir: yüksəlişin əsas istiqamətləri
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
İnvestisiya fəallığı və güclü maliyyə mövqeyi iqtisadi artım üçün yeni imkanlar yaradır