Sosial-iqtisadi inkişaf Strategiyası çərçivəsində innovasiya mərkəzlərində görülən işlərə baxış keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “Yaradıcı və innovativ cəmiyyət” məqsədinin icrasının monitorinqi və qiymətləndirilməsi çərçivəsində innovasiya mərkəzlərində həyata keçirilən layihələrə baxış keçirilib.
Monitorinq qrupu Azərbaycan İnnovasiya Mərkəzinin Bakı ofisi (Bakı AİM), Azərbaycan İnnovasiya Mərkəzi 2 (Bakı AİM 2) və Sumqayıt İnnovasiya Mərkəzində görülən işlərlə tanış olub. Məqsəd Strategiyada nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı mövcud vəziyyəti öyrənmək, infrastruktur layihələrinə baxış keçirmək və monitorinq üçün əlavə məlumatlar əldə etməkdir.
İİTKM-in və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nümayəndələri Azərbaycan İnnovasiya Mərkəzində (Bakı AİM) startaplar, universitetlər, şirkətlər üçün təklif edilən xidmətlərlə tanış olublar. Bildirilib ki, 2024-cü ildən Bakı AİM-də 500-dən çox təlim, icma görüşləri, inkubasiya və akselerasiya proqramları, hakaton və müsabiqələr, yerli və beynəlxalq tədbirlər keçirilib. Bu tədbirlərdə 1500-dən çox startap, şirkətlər və investorlar bir araya gəlib. 2026-cı ilin birinci yarısında Bakı AİM-də 108, bütün AİM-lərdə isə cəmi 260 tədbir keçirilib və nəticədə 261 MVP-li startap yaradılıb. Hazırda Bakı AİM-də 700-ə yaxın startap, tədqiqatçılar, şirkətlər, tələbələr, dövlət qurumları ofis və tədbir məkanlarından, görüş və təlim otaqlarından mütəmadi istifadə edir. Mərkəzdə həmçinin AİM rezidentləri tərəfindən mentorluq dəstəyi təmin edilir.
Daha sonra Bakının Yasamal rayonunda yerləşən ümumi sahəsi 5000 kv/metr olan Bakı AİM 2-in tikintisi ilə tanışlıq olub. Bildirilib ki, burada 120 nəfərlik konfrans zalı və tərcümə otağı, kompüter, prototipləşdirmə və AE laboratoriyaları, “co-working” məkanı, “workshop” və təqdimat zalı, 8 görüş və 3 təlim otağı, videoçəkiliş və podkast studiyası, istirahət guşəsi yaradılır. 10 şirkətin artıq qeydiyyatdan keçdiyi bu Mərkəz startap ekosisteminin bütün iştirakçıları üçün əlçatan olmaqla yanaşı, inkişafa və innovasiyaya töhfə verən əməkdaşlıq platformasına çevriləcək.
Səfər çərçivəsində Sumqayıt şəhərində yerləşən Sumqayıt İnnovasiya Mərkəzində görülən işlərə baxış keçirilib. 2026-cı ilin 3-cü rübünün sonuna olan statistikaya əsasən, 2024-cü ildə yaradılmış Mərkəzdə 55 tədbir keçirilib, 2025-ci ildə isə bu say 56 olub. Təlimlər, inkubasiya proqramları, hakaton və müsabiqələr, icma görüşlərində 2500-dən çox ekosistem iştirakçısı bir araya gəlib. Burada startap, şirkət, universitet, tələbə və tədqiqatçılar üçün tədbir və iclas zalı, ofis masaları, istirahət sahəsi təqdim edilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamına əsasən, Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Nazirlər Kabinetinin sifarişi əsasında İİTKM həyata keçirir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
İxracda hesablaşmaların yeni tənzimləmə mexanizmi və onun iqtisadi əhəmiyyəti
İsmət Mehrəliyeva
Rəqəmsal Ticarət Qovşağının (RTQ) rəhbəri
Azərbaycan rəqəmsal xidmətlərdə ABŞ, Böyük Britaniya və Kanadanı geridə qoydu – tarixi nəticə
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır