İİTKM sosial-iqtisadi inkişaf Strategiyası üzrə monitorinqi Qəbələ və Bərdə rayonlarında davam etdirib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşları “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasının monitorinqi və qiymətləndirilməsi çərçivəsində Qəbələ və Bərdə rayonlarında təhsil, səhiyyə və sosial xidmət sahələrində görülmüş işlərlə tanış olublar.
Səfərin məqsədi Strategiyanın müvafiq məqsədləri üzrə yaradılmış infrastruktur və həyata keçirilən tədbirlərə yerində baxış keçirmək, nəzərdə tutulan nəticələri qiymətləndirmək, həmçinin monitorinq üçün əlavə məlumatlar əldə etməkdir.
Monitorinq qrupu Qəbələ şəhərində Qəbələ Uşaq Reabilitasiya Mərkəzində olublar. Səfər çərçivəsində Sosial Xidmətlər Agentliyinin və Qəbələ Uşaq Reabilitasiya Mərkəzinin nümayəndələri ilə görüş keçirilib, müəssisənin fəaliyyəti, göstərilən reabilitasiya xidmətlərinin çeşidi və əhatə dairəsi, xidmətlərə əlçatanlıq, kadr təminatı, infrastrukturun mövcud vəziyyəti və qarşıya çıxan çətinliklər barədə müzakirələr aparılıb.
Daha sonra Bərdə şəhərində Bərdə Dövlət Peşə Təhsil Mərkəzində (BDPTM) və Bərdə Rayon Mərkəzi Xəstəxanasında (BRMX) infrastrukturun yenilənməsi işlərinə baxış keçirilib. Mərkəzi Xəstəxanada son illərdə aparılmış islahatlar, o cümlədən, infrastruktur layihələri barədə məlumat verilib. Daha sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasının 1-ci Ailə Sağlamlıq Mərkəzində və Əyricə kənd həkim məntəqəsində ilkin tibbi sanitariya xidmətinin təşkili, mövcud şərait və fəaliyyət istiqamətləri ilə tanışlıq olub.
Səfər zamanı reabilitasiya xidmətləri, peşə təhsili və səhiyyə sahəsində həyata keçirilmiş tədbirlər, layihələrin icra vəziyyəti və perspektivləri diqqət mərkəzində olub. Əldə edilən məlumatların Strategiyanın icrasının monitorinqi və qiymətləndirilməsində nəzərə alınması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamına əsasən, Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Nazirlər Kabinetinin sifarişi əsasında İİTKM həyata keçirir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
İxracda hesablaşmaların yeni tənzimləmə mexanizmi və onun iqtisadi əhəmiyyəti
İsmət Mehrəliyeva
Rəqəmsal Ticarət Qovşağının (RTQ) rəhbəri
Azərbaycan rəqəmsal xidmətlərdə ABŞ, Böyük Britaniya və Kanadanı geridə qoydu – tarixi nəticə
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır