Vüsal Qasımlı Qazaxıstan nümayəndə heyətinə dövlət idarəçiliyində innovativ texnologiyaların tətbiqi ilə bağlı mühazirə deyib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) dəstəyi ilə ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 20 nəfərdən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.
“Dövlət idarəçiliyində innovativ texnologiyalar: Azərbaycan Respublikasının təcrübəsi” mövzusunda keçirilən tədbirdə İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı Azərbaycanda həyata keçirilən iqtisadi islahatların səmərəliliyi, əldə olunan nəticələr və dövlət idarəçiliyində müasir yanaşmalar barədə mühazirə deyib.
Daha sonra İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin əməkdaşları Elşən Yusifli, Könül Bədəlova, Hüseyn Hüseynli və süni intellekt mütəxəssisi Emiliya Xıdırova Azərbaycanda süni intellektin inkişafı və tətbiqi mövzusunda təqdimatlarla çıxış ediblər. İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi Sevinc Cabbarova isə iki qurum arasında əməkdaşlıq perspektivləri ilə bağlı sualları cavablandırıb.
Təqdimatlar zamanı ölkəmizdə süni intellekt texnologiyalarının inkişaf istiqamətləri, onların dövlət idarəçiliyində tətbiqi imkanları və innovativ texnologiyaların idarəetmə proseslərinin səmərəliliyinin artırılmasında rolu barədə məlumat verilib.
Tədbirdə dövlət idarəçiliyində süni intellekt texnologiyalarının tətbiqi və rəqəmsal transformasiya istiqamətində fikir mübadiləsi aparılıb. Azərbaycan və Qazaxıstan arasında dövlət idarəçiliyində innovativ həllərin tətbiqi sahəsində təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.









Ekspert yazıları
İsmət Mehrəliyeva
Rəqəmsal Ticarət Qovşağının (RTQ) rəhbəri
Azərbaycan rəqəmsal xidmətlərdə ABŞ, Böyük Britaniya və Kanadanı geridə qoydu – tarixi nəticə
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır