“Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nın icrası ilə bağlı görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən dövlət proqramları üzrə 2027-ci ildə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər və nəticə indikatorları üzrə hədəf göstəricilərinin dəqiqləşdirilməsi üzrə müzakirələr yekunlaşıb.
Növbəti görüşdə “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nın 2026-cı ilin hesabatlılığı və 2027-ci il üçün nəticə indikatorları üzrə hədəf göstəricilərinin dəqiqləşdirilməsi müzakirə olunub. Görüşdə İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Arzu Süleymanov, şöbənin əməkdaşları və tədbirlər planında əsas icraçı kimi müəyyən edilmiş qurumların nümayəndələri iştirak ediblər.
Tədbirlər Planında nəzərdə tutulan indikatorlar üzrə icraçı qurumlar tərəfindən həyata keçirilən koordinasiyalı fəaliyyətin təşkili hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə və sərnişinlərin, yükün, baqajın, poçtun və bort ehtiyatlarının (qidalarının) daşınmasının sadələşdirilməsinə xidmət edir. Görüşdə Tədbirlər Planı çərçivəsində 2026-cı ildə görülmüş işlərin illik hesabatda əks etdirilməsi və əldə olunan nəticələrin müəyyən edilmiş göstəricilər əsasında qiymətləndirilməsi məsələləri müzakirə olunub. Həmçinin 2027-ci il üzrə indikativ planlaşdırma zamanı tədbirlərin cari icra vəziyyətinin nəzərə alınması və növbəti mərhələ üçün hədəf göstəricilərinin dəqiqləşdirilməsinin əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 mart tarixli 520 nömrəli Sərəncamının 4-cü hissəsinə əsasən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinq və qiymətləndirilməsi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə tapşırılıb.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf