İİTKM-in nümayəndəsi Çində keçirilən beynəlxalq təlim proqramında iştirak edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdiri Elnur Ələkbərov Çinin Ceyciyan Pedoqoji Universitetinin təşkilatçılığı ilə “Kəmər və Yol” ölkələrinin beyin mərkəzləri üçün inkişaf təcrübəsinin paylaşılması üzrə (Seminar on Shared Development Experiences for Think Tanks from BRI Countries) təlim proqramında iştirak edib.
Proqramda Çinin iqtisadi inkişaf və modernləşmə təcrübəsi, strateji planlaşdırma və dövlət idarəetməsi, “Kəmər və Yol” Təşəbbüsü çərçivəsində iqtisadi və ticarət əməkdaşlığı, nəqliyyat və rəqəmsal infrastrukturun inkişafı, investisiyaların cəlb edilməsi və maliyyələşdirilməsi, sənaye parklarının idarə olunması, qlobal dəyər zəncirlərinə inteqrasiya, insan kapitalının inkişafı, eləcə də beynəlxalq iqtisadi əməkdaşlığın sosial-iqtisadi təsirlərinin qiymətləndirilməsi kimi mövzular əhatə olunub.
Seminar çərçivəsində Azərbaycanla yanaşı, Özbəkistan, İndoneziya, Nigeriya, Namibiya, Syerra-Leone, Cənubi Afrika Respublikası, Kabo-Verde və Qananın dövlət qurumlarını təmsil edən nümayəndələr iştirak ediblər. Proqram iştirakçıları Çinin iqtisadi inkişaf təcrübəsi ilə yerində tanış olmaq məqsədilə Yivu Beynəlxalq Ticarət Şəhərinə, “China Mobile” şirkətinin rəqəmsal infrastruktur və süni intellekt üzrə hesablama gücləri mərkəzinə, eləcə də digər obyektlərə təşkil olunan səfərlərdə iştirak ediblər.
Təlim çərçivəsində əldə olunan təcrübə Azərbaycanda strateji planlaşdırma, dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, sənaye və investisiya siyasətinin təkmilləşdirilməsi, insan kapitalının inkişafı və beyin mərkəzləri arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.









Ekspert yazıları
İsmət Mehrəliyeva
Rəqəmsal Ticarət Qovşağının (RTQ) rəhbəri
Azərbaycan rəqəmsal xidmətlərdə ABŞ, Böyük Britaniya və Kanadanı geridə qoydu – tarixi nəticə
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır