İİTKM sosial-iqtisadi inkişaf Strategiyası üzrə monitorinqi Ələt Azad İqtisadi Zonasında davam etdirib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasının monitorinqi və qiymətləndirilməsi çərçivəsində Ələt Azad İqtisadi Zonasına (AİZ) səfər təşkil edilib.
İİTKM-in icraçı direktoru Vüsal Qasımlının rəhbərlik etdiyi monitorinq qrupu Ələt AİZ-in səlahiyyətli qurumunun sədri Valeh Ələsgərovun nümayəndə heyəti ilə birlikdə zonada həyata keçirilən layihələrə yerində baxış keçirib.
Səfər zamanı Strategiyanın iqtisadi zonaların potensialının reallaşdırılması istiqaməti üzrə görülən işlər nəzərdən keçirilib. Ələt Azad İqtisadi Zonasının FEZ 1 ərazisində həyata keçirilən infrastruktur layihələri və görülmüş işlər barədə məlumat verilib. Bildirilib ki, ilkin mərhələdə 60 hektar ərazi istifadəyə hazır vəziyyətə gətirilib, 310 min kvadratmetr sənaye sahəsi zəruri infrastrukturla təmin olunub, əlavə 138 hektarlıq ərazidə isə əsas infrastruktur işləri tamamlanıb. Ərazidə günəş panellərinin istehsalı müəssisəsinin tikintisinə başlanıldığı, həmçinin xarici investorlarla əməkdaşlıq çərçivəsində data mərkəzinin yaradılması üçün sahə ayrıldığı və daha iki data mərkəzinin yerləşdirilməsi imkanlarının nəzərdən keçirildiyi qeyd olunub. Bu layihələrin sənaye istehsalının şaxələndirilməsinə, yüksək texnologiyaların inkişafına və zonanın investisiya və ixrac potensialının genişləndirilməsinə töhfə verəcəyi bildirilib.
Eyni zamanda, Ələt Azad İqtisadi Zonasının FEZ 4 ərazisində həyata keçirilən layihələrə, xüsusilə beynəlxalq hava limanının tikintisinə yerində baxış keçirilib. Bildirilib ki, ümumi sahəsi 4 313 hektar olan FEZ 4 ərazisinin təxminən 750 hektarlıq hissəsində hava limanı və əlaqəli logistika infrastrukturu yaradılır. Monitorinq zamanı yük terminalı, hava hərəkətini idarəetmə qülləsi, xilasetmə və yanğınsöndürmə obyektləri üzrə aparılan tikinti işləri ilə tanış olunub, hava limanının 2027-ci ilin ortalarınadək tamamlanmasının nəzərdə tutulduğu qeyd edilib. Layihənin beynəlxalq yükdaşımaların inkişafına, zonanın nəqliyyat-logistika imkanlarının genişləndirilməsinə və ölkənin tranzit potensialının gücləndirilməsinə xidmət edəcəyi vurğulanıb.
Ələt AİZ-in beynəlxalq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşməsi yeni hava limanının logistika və ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini artırır.
Səfər zamanı əldə edilən məlumatlar Strategiyanın icrasının monitorinqi və qiymətləndirilməsində nəzərə alınacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamına əsasən, Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Nazirlər Kabinetinin sifarişi əsasında İİTKM həyata keçirir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
İxracda hesablaşmaların yeni tənzimləmə mexanizmi və onun iqtisadi əhəmiyyəti
İsmət Mehrəliyeva
Rəqəmsal Ticarət Qovşağının (RTQ) rəhbəri
Azərbaycan rəqəmsal xidmətlərdə ABŞ, Böyük Britaniya və Kanadanı geridə qoydu – tarixi nəticə
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır