İİTKM-in yeni layihəsi: “Green Talk” çərçivəsində ilk tədbir keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) yeni layihəyə start verib. “Green Talk” adlı layihənin əsas məqsədi “Yaşıl dünya naminə həmrəylik” ili çərçivəsində ölkədə yaşıl düşüncənin formalaşmasına dəstək olmaqdır.
Layihə çərçivəsində ilk görüş “İslahat Könüllüləri”nin təşəbbüsü və Milli Hidrometeorologiya Xidmətinin dəstəyi ilə "İqlim dəyişikliyi" mövzusunda baş tutub. Görüşdə ETSN Milli Hidrometeorologiya Xidmətinin İqlim dəyişmələri mərkəzinin direktor müavini Aygün Nərimanova Azərbaycan könüllüləri qarşısında təqdimatla çıxış edib.
A.Nərimanova tələbələrə iqlim dəyişikliyinin əsas səbəb və nəticələri, qlobal istiləşmə, iqlim fəaliyyəti və Azərbaycanda iqlim dəyişiklikləri haqqında ətraflı məlumat verib. O, həmçinin yaşıl iqtisadiyyatın dünyada və Azərbaycanda inkişafı, ölkəmizdə bu sahədə aparılan əsaslı islahatlar, bərpa olunan enerji mənbələri, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın “yaşıl enerji” zonası elan olunması haqqında danışıb.
Görüşdə tələbələrin bu sahədə ixtisaslaşması, kadr potensialının gücləndirilməsi və beynəlxalq iştirakçılığın artırılmasının əhəmiyyəti vurğulanıb. Gənclər mövzu ilə bağlı fikirlərini bölüşüb, suallarını ünvanlayıblar.
Qeyd edək ki, görüşdə "MEDİA Könüllüləri" proqramı, "Bir Könüllü" Tələbə Təşkilatı, "Ailəm könüllüləri" proqramı, Ekokönüllü, "Miqrasiya könüllüləri", “Könüllü Dost”, “Aqrar İnkişaf könüllüləri”, "SOCAR könüllüləri", “Könüllü Qida Nəzarətçisi”, “İslahat könüllüləri”, "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri və Xəzər Universitetinin tələbələri iştirak edib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib