“İxrac icmalı”nın may sayının ilkin rəqəmləri açıqlanıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın may sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 18% artaraq 1,1 milyard ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsullarının ixracı 12,1% artaraq 300.1 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin ilk dörd ayında qeyri-neft-qaz sahəsi üzrə ixrac olunan mallar arasında kimya sənayesi məhsulları ötən ilin müvafiq dövrünə nəzərən 35 milyon ABŞ dolları və ya 42,5%, şəkər 1,9 milyon ABŞ dolları və ya 25,8%, qara metallar və onlardan hazırlanan məmulatlar 4,1 milyon ABŞ dolları və ya 16,7%, meyvə-tərəvəz 26,8 milyon ABŞ dolları və ya 14,8%, alüminium və ondan hazırlanan məmulatlar 6,1 milyon ABŞ dolları və ya 9,8%, pambıq iplik 360,9 min ABŞ dolları və ya 5,3% artıb.
2025-ci ilin yanvar-aprel aylarında ixrac olunan aqrar məhsullar 14% artaraq 232,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 7,9% artaraq 90,8 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 12,2% artaraq 323,57 milyon ABŞ dolları təşkil edib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib