İİTKM-in nümayəndəsi Vyanada maliyyə böhranlarının idarə olunması üzrə beynəlxalq təlimdə iştirak edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdir müavini Rəşad Nəcəfli Avstriyanın paytaxtı Vyanada “Maliyyə böhranlarının idarə olunması” mövzusunda beynəlxalq təlim proqramında iştirak edib.
Beynəlxalq Valyuta Fondunun (BVF) Birgə Vyana İnstitutu (JVI) ilə Yel Universitetinin Maliyyə Sabitliyi Proqramı çərçivəsində keçirdiyi təlim maliyyə sisteminin dayanıqlığının gücləndirilməsi, böhranlara hazırlıq və onların idarə olunması üzrə nəzəri yanaşmaları və praktiki alətləri əhatə edib.
Proqram çərçivəsində bank sektorunda risklərin erkən müəyyənləşdirilməsi, maliyyə çətinlikləri ilə üzləşən banklara nəzarət, böhran dövründə likvidlik dəstəyi, əmanətlərin sığortalanması və aidiyyəti qurumlar arasında koordinasiya məsələləri nəzərdən keçirilib. Bankların restrukturizasiyası, transsərhəd böhranların idarə olunması və problemli aktivlərlə iş üzrə beynəlxalq təcrübələr də təlimin əsas mövzuları sırasında yer alıb.
Proqramda iştirak maliyyə risklərinin təhlili və makroiqtisadi dayanıqlığın qiymətləndirilməsi üzrə beynəlxalq yanaşmalarla tanışlıq, eləcə də müxtəlif ölkələrin mütəxəssisləri ilə təcrübə mübadiləsi baxımından əhəmiyyət daşıyıb.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib