Finala 2 gün qaldı: “Enterprise Azerbaijan” portalı 70-dən artıq startapı investorlara təqdim edəcək
Bakıda startaplar, investorlar, sahibkarlar və innovasiya ekosisteminin nümayəndələri bir araya gələcək.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalı tərəfindən həyata keçirilən “Startup School 4: Five Continents – 500 Startups” qlobal innovasiya proqramının finalı – “Demo Day” tədbiri keçiriləcək.
“Startup School 4” proqramı 5 qitəni əhatə edən tərəfdaşlıq şəbəkəsi ilə 15 ölkədən müraciət etmiş 233 startapın inkişafına dəstək verib. “Demo Day” tədbirində final mərhələsinə yüksələn 70-dən artıq MVP investorlara təqdim olunacaq. İştirakçılar layihələrini sərgi formatında nümayiş etdirəcək, münsiflər heyəti isə onların innovativliyini, bazar potensialını, komanda bacarıqlarını və məhsulların inkişaf səviyyəsini qiymətləndirəcək.
Tədbirdə müxtəlif ölkələrdən investorların, vençur fondlarının, sahibkarların və innovasiya ekosisteminin nümayəndələrinin iştirakı gözlənilir. “Enterprise Azerbaijan” startaplara innovativ həllərini təqdim etmək, investisiya cəlb etmək, beynəlxalq bazarlara çıxış imkanlarını araşdırmaq və strateji tərəfdaşlıqlar qurmaq üçün platforma yaradaraq Bakının innovasiya ekosisteminə yeni dinamika gətirəcək.
“Demo Day” 31 oktyabr 2026-cı il tarixində “SABAH.city” məkanında, “Founder Club” tərəfindən təşkil edilən “TEİ Forum 2026” ilə eyni vaxtda baş tutacaq.
“TEİ Forum 2026” çərçivəsində beynəlxalq bazarlara çıxış, startapların qlobal miqyasda genişlənməsi və investisiyaya hazırlıq mövzularında iki panel müzakirəsi və B2B görüşlər keçiriləcək. Panellərdə biznesin miqyaslandırılması, kapital cəlbi, alternativ maliyyələşmə və investorlarla əməkdaşlıq imkanları müzakirə olunacaq. B2B görüşlər isə sahibkarlar, startaplar və investorlar arasında birbaşa əlaqələrin qurulmasına xidmət edəcək.
Tədbir çərçivəsində "Enterprise Azerbaijan" portalının təşəbbüsü ilə ali təhsil müəssisələri ilə beynəlxalq innovasiya ekosistemi arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş memorandumların imzalanması nəzərdə tutulur.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib