“Enterprise Azerbaijan” portalının “Startup School 4: Five Continents – 500 Startups” proqramının finalı keçirilir

“Enterprise Azerbaijan” portalının “Startup School 4: Five Continents – 500 Startups” proqramının finalı keçirilir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının “Startup School 4: Five Continents – 500 Startups” qlobal innovasiya proqramının finalı – “Demo Day” başlayıb. Tədbirdə 70-dən artıq startap yerli və xarici investorlara və vençur fondların nümayəndələrinə təqdim olunur.
5 qitədən 500 startapı əhatə edən proqram 40 yerli və beynəlxalq tərəfdaşın, o cümlədən 9 vençur fondu və investisiya təşkilatının dəstəyi ilə reallaşdırıb. Üç ay davam edən təlimlərdən sonra 70 startap finala çıxıb. 
“Demo day” çərçivəsində startapların minimum işlək məhsulları (MVP) sərgidə nümayiş olunur. Layihələr münsiflər heyəti tərəfindən innovativlik, bazar potensialı, komanda bacarıqları və məhsulların inkişaf səviyyəsi meyarları əsasında qiymətləndirilir. 
Münsiflərin qiymətləndirməsindən sonra saat 15:00-da proqramın rəsmi bağlanış mərasimi keçiriləcək, ən yaxşı üç startap mükafatlandırılacaq. Eləcə də, dövlət və özəl qurumlar arasında əməkdaşlıqlara dair memorandumlar imzalanacaq.  
“Demo Day” tədbiri "Founder Club" tərəfindən təşkil edilən "TEİ Forum 2026" ilə eyni vaxtda “SABAH.city”də keçirilir.