“Azexport” portalının Pakistan və Türkiyə şirkətləri ilə əməkdaşlığı müzakirə olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı ilə Pakistan və Türkiyədən olan təşkilat nümayəndələri arasında görüş baş tutub. Görüşdə Pakistanda yerləşən Azərbaycan Ticarət Evinin rəhbəri Adeel S Butt, biznes hüququ üzrə beynəlxalq vəkil və iş adamı Muhammad Sohail Sajid və Türk Dünyası Vasitəçilik Assosiasiyasının (TDVA) Azərbaycan komissiyasının koordinatoru Aygün Əliyeva iştirak ediblər.
Görüşdə “Azexport” portalının rəhbəri Ayxan Qədəşov portalın Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması istiqamətində təqdim etdiyi rəqəmsal həllərə dair geniş təqdimat edib. O, portalın rəqəmsal sərgi zalında pilot olaraq on Azərbaycan şirkəti üçün qurulan rəqəmsal stendlərin Türk dövlətlərindən olan 100 şirkət üçün də qurulması istiqamətində işlərin davam etdirildiyini vurğulayıb. A. Qədəşov “Azexport” portalının beynəlxalq platformalarla iş prinsipi barədə də iştirakçılara məlumat verib.
Pakistanda Azərbaycan Ticarət Evinin rəhbəri Adeel S Butt portal tərəfindən təqdim olunan rəqəmsal sərgi zalının innovativ və müasir həll yolu olduğunu bildirib. O, bu layihədə Türk dövlətləri ilə yanaşı Pakistanın da təmsil olunmasını, rəqəmsal stendlərlə bağlı imkanların Pakistan şirkətlərinə təqdimatı istiqamətində birgə fəaliyyətin planlaşdırılmasını təklif edib.
Görüşdə iştirak edən beynəlxalq vəkil və iş adamı Muhammad Sohail Sajid bildirib ki, “Azexport” portalının yerli sahibkarlara beynəlxalq platformalar vasitəsilə xarici bazarlara çıxışda göstərdiyi dəstək mexanizmi uğurlu və effektiv vasitədir: “Belə ki, Pakistan şirkətləri beynəlxalq sərgilərdə iştirak üçün ciddi yatırımlar, zaman və digər resurslar sərf edirlər. Beynəlxalq platformalarda vahid ad altında rəqəmsal formada təmsilçilik müasir və iqtisadi cəhətdən səmərəli seçim ola bilər”. O, “Azexport” təcrübəsinin Pakistanda təqdim olunması və tətbiqi üçün portal nümayəndələrini Pakistana səfərə dəvət edib.
Daha sonra TDVA-nın Azərbaycan Komissiyasının Koordinatoru Aygün Əliyeva çıxış edərək portalın fəaliyyətinin bizneslərin xarici bazara çıxışı üçün əhəmiyyətli dəstək olduğunu bildirib. Həmçinin cari ildə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransın təşkilatı işlərində birgə əməkdaşlıq etməkdə maraqlı olduqlarının qeyd edib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib