İİTKM Pakistanın investisiya və ticarət təşkilatı ilə görüş keçirib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nümayəndələri Pakistanın dövlət qurumu olan “KP-BOIT” İnvestisiya və Ticarət Şurasının (“Khyber Pakhtunkhwa Board of Investment and Trade) əməkdaşları ilə görüş keçiriblər. Onlayn görüşdə startap ekosistemi, texnoloji inkişaf və innovasiya sahəsində beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub.
Pakistanın innovasiya ekosistemində mövcud olan startapların İİTKM-in “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramına cəlb edilməsi müzakirələrin əsas məqsədi olub.Qarşılıqlı maraq və təşəbbüslərin qiymətləndirilməsi əsasında keçən görüşdə İİTKM-in əməkdaşları İsa Qasımov, Aygün Əhmədova və Aydan Hüseynzadə, həmçinin Pakistanın “KP-BOIT” İnvestisiya və Ticarət Şurasının nümayəndələri İqbal Sarvar və Gul Muhammad iştirak ediblər.
Görüş çərçivəsində tərəflər texnoloji bilik və təcrübə mübadiləsi, birgə təşəbbüslərin reallaşdırılması və startapların qlobal innovasiya mühitinə inteqrasiyası sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildirərək sözügedən akselerasiya proqramında iştirakla bağlı razılığa gəliblər.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib