07 may 2025, 16:17

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nümayəndələri Pakistanın dövlət qurumu olan “KP-BOIT” İnvestisiya və Ticarət Şurasının (“Khyber Pakhtunkhwa Board of Investment and Trade) əməkdaşları ilə görüş keçiriblər. Onlayn görüşdə startap ekosistemi, texnoloji inkişaf və innovasiya sahəsində beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub.

Pakistanın innovasiya ekosistemində mövcud olan startapların İİTKM-in “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramına cəlb edilməsi müzakirələrin əsas məqsədi olub.Qarşılıqlı maraq və təşəbbüslərin qiymətləndirilməsi əsasında keçən görüşdə İİTKM-in əməkdaşları İsa Qasımov, Aygün Əhmədova və Aydan Hüseynzadə, həmçinin Pakistanın “KP-BOIT” İnvestisiya və Ticarət Şurasının nümayəndələri İqbal Sarvar və Gul Muhammad iştirak ediblər.

Görüş çərçivəsində tərəflər texnoloji bilik və təcrübə mübadiləsi, birgə təşəbbüslərin reallaşdırılması və startapların qlobal innovasiya mühitinə inteqrasiyası sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildirərək sözügedən akselerasiya proqramında iştirakla bağlı razılığa gəliblər.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az