Green Talk: Rumıniyalı professorun "Yaşıl marketinqin dayanıqlı inkişafda rolu" mövzusunda seminarı keçirildi
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Green Talk” layihəsi çərçivəsində növbəti görüş təşkil olunub. Rumıniyanın Tibb, Əczaçılıq, Elm və Texnologiya Universitetinin İqtisadiyyat və Hüquq fakültəsinin professoru xanım Manuela Rozalia Gabor Mərkəzin əməkdaşları və “İslahat Könüllüləri” təşkilatının üzvləri qarşısında “Yaşıl marketinq” mövzusunda çıxış edib.
Professor Avropa və xüsusilə Rumıniya təcrübəsi əsasında “yaşıl inkişaf” istiqamətində görülən işlərdən və bu sahədə aparılan tədqiqatlardan danınışıb. Professor qeyd edib ki, transmilli şirkətlər son illər öz marketinq kampaniyalarında ekoloji şüarlardan, ətraf mühit mövzularından geniş istifadə edərək istehlakçıların nəzərində “təbiət dostu” imicini formalaşdırmağa çalışır. Ancaq məhsulların istehsal şəraiti və istifadə olunan materiallara diqqət yetirdikdə karbon emissiyasının miqdarının və zərərli tullantıların həcminin böyük olduğu ortaya çıxır. Daha sonar qonaq professor “yaşıl yuma” anlayışının izahını verərək bununla bağlı Rumıniyada apardıqları tədqiqatın nəticələrini təqdim edib.
Görüşdə dairəvi iqtisadiyyatın sahələri, tullantıların təkrar emalı, “yaşıl” qablaşdırma barədə müzakirələr aparılıb. Manuela Rozalia Gabor ekoturizmdən də söz açıb, bəzi ölkələrə turist axınının karbon emissiyasını artırdığını bildirib, Avropada ekoturizmin inkişafı ilə bağlı görülən işlərə toxunub. Görüş zamanı aparılan müzakirələrin nəticəsi olaraq tərəflər “yaşıl iqtisadiyyat” mövzusunda əməkdaşlığı dərinləşdirmək, birgə tədqiqatlar aparmaq barədə ortaq fikrə gəliblər. Sonda könüllülərin sualları cavablandırılıb.
Qeyd edək ki, "Green Talk" layihəsinin əsas məqsədi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkədə “yaşıl” düşüncənin formalaşmasına dəstək olmaqdır.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib