"Startup School 3" layihəsinin infosessiyası Qərbi Kaspi Universitetində keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşkilatçılığı ilə “Startup School 3” layihəsi çərçivəsində növbəti infosessiya Qərbi Kaspi Universitetində baş tutub. Təqdimatda universitetin tələbələri ilə yanaşı, müəllim heyəti və innovasiya sahəsinə maraq göstərən gənc təşəbbüskarlar da fəal iştirak ediblər.
“Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov çıxışında “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramı haqqında ətraflı məlumat verib. O qeyd edib ki, proqramın əsas məqsədi yaşıl və rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən startaplara dəstək göstərmək, ekosistemə yeni ideyalar qazandırmaq və gənclərin qlobal innovasiya proseslərinə inteqrasiyasını sürətləndirməkdir.
Sessiya interaktiv formatda təşkil olunub. İştirakçılar layihənin məqsəd və mərhələləri, seçim şərtləri, təlim və mentorluq imkanları, həmçinin beynəlxalq tərəfdaşlarla əməkdaşlıq perspektivləri ilə tanış olublar. Müəllim heyətinin iştirakı isə startapların elmi yanaşmalar və akademik təcrübələrlə zənginləşdirilməsi baxımından xüsusi önəm daşıyıb. Görüş zamanı iştirakçıların sualları cavablandırılıb, real təcrübələr əsasında faydalı tövsiyələr paylaşılıb.
Qeyd edək ki, “Startup School 3” layihəsi Azərbaycanın startap ekosistemini gücləndirməyə, gənclərin təşəbbüskarlıq potensialını artırmağa və onları beynəlxalq bazara hazırlamağa yönəlib. Layihə həm yerli, həm də xarici innovasiya təşəbbüsləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib