“İxrac icmalı”nın aprel sayı təqdim olunub

“İxrac icmalı”nın aprel sayı təqdim olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın aprel sayını təqdim edib. İcmala əsasən, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7% artaraq 771.9 milyon  ABŞ dolları təşkil edib. 2025-ci ilin yanvar-mart aylarında yeyinti məhsulları 15,1% artaraq 224,7 milyon ABŞ dollarına bərabər olub.

2025-ci ilin yanvar-mart aylarında ixrac olunan qiymətli və ya azqiymətli daşlar və metallar ötən ilin müvafiq dövrünə nəzərən 46,7 milyon ABŞ dolları və ya 3,4 dəfə, qara metallar və onlardan hazırlanan məmulatlar 9,1 milyon ABŞ dolları və ya 76,8%, kimya sənayesi məhsulları 21,9 milyon ABŞ dolları və ya 33,4%, şəkər 976,3 min ABŞ dolları və ya 18,8%, meyvə-tərəvəz 20,8 milyon ABŞ dolları və ya 15,7%, alüminium və ondan hazırlanan məmulatlar 4,9 milyon ABŞ dolları və ya 10,2%, spirtli və spirtsiz içkilər 724 min ABŞ dolları və ya 5,7%, çay 74,1 min ABŞ dolları və ya 5,1%, bitki və heyvan mənşəli piylər və yağları 237,9 min ABŞ dolları və ya 4,2%, pambıq iplik 22,1 min ABŞ dolları və ya 0,4% artıb.

2025-ci ilin yanvar-mart aylarında aqrar məhsullar 12,3% artaraq 170,5 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 17,6% artaraq 69.1 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 13,8% artaraq 239,6 milyon ABŞ dolları təşkil edib.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (65,2 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda karbamid (48 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (44,6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2025-ci ilin mart ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (25 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (17.8 milyon ABŞ dolları) ikinci, pambıq (15,9 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Cari ilin ilk üç ayında Rusiya Federasiyasına 232,9 milyon ABŞ dolları, Türkiyəyə 134,3 milyon ABŞ dolları, Gürcüstana 80,6 milyon ABŞ dolları, İsveçrəyə 69,6 milyon ABŞ dolları, Ukraynaya isə 51,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2025-ci ilin mart ayında Rusiya Federasiyasına 82,1 milyon ABŞ dolları, Türkiyəyə 51,5 milyon ABŞ dolları, Gürcüstana 27,7 milyon ABŞ dolları,  İsveçrəyə 26 milyon ABŞ dolları, BƏƏ isə 10,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

2025-ci ilin yanvar-mart ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: "MKT İstehsalat Kommersiya" MMC,"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi,"Baku Steel Company" QSC,"P-AQRO" MMC,"LEPIN LM" Məhdud Məsuliyyətli Cəmiyyəti,"Avrora" Məhdud Məsuliyyətli Cəmiyyəti,"Export Stream" Məhdud Məsuliyyətli Cəmiyyəti,"KHAN-EL" MMC,"BİNƏ AQRO" QSC,"Sahdag Sy" Məhdud Məsuliyyətli Cəmiyyəti.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC ,“Azəralüminium” MMC,Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi,"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC,"Azərbaycan Hava Yolları" QSC,“Azərenerji” ATSC,Naxçıvan MR Dövlət Energetika Xidməti,“Qaradağ Şüşə Zavodu” ASC.

2025-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 40 ölkəsindən 100-ə yaxın şirkətə 4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65%-ni təşkil edib. 2025-ci ilin mart ayında isə “Azərkosmos” dünyanın 39 ölkəsinə 1,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2025-ci ilin yanvar-mart ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 1 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 890,3 min ABŞ dolları ilə Lüksemburq, 213,4 min ABŞ dolları ilə Nigeriya, 179 min ABŞ dolları ilə Misir və 174 min ABŞ dolları ilə Pakistan qərarlaşıb.

“İxrac icmalı”nın aprel sayı təqdim olunub
“İxrac icmalı”nın aprel sayı təqdim olunub
“İxrac icmalı”nın aprel sayı təqdim olunub
“İxrac icmalı”nın aprel sayı təqdim olunub
“İxrac icmalı”nın aprel sayı təqdim olunub
“İxrac icmalı”nın aprel sayı təqdim olunub
“İxrac icmalı”nın aprel sayı təqdim olunub
“İxrac icmalı”nın aprel sayı təqdim olunub
“İxrac icmalı”nın aprel sayı təqdim olunub
“İxrac icmalı”nın aprel sayı təqdim olunub
“İxrac icmalı”nın aprel sayı təqdim olunub
“İxrac icmalı”nın aprel sayı təqdim olunub
#

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R