Təranə Salıfova

Təranə Salıfova

Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri

(+99412) 521 25 35


20 noyabr 1986-cı ildə Azərbaycan Respublikasının Qazax rayonunda anadan olub.

Təhsili

2004-2008-ci illərdə Bakı Dövlət Universitetində tarix ixtisası üzrə bakalavr təhsili alıb və bu fakültəni fərqlənmə diplomu ilə bitirib.

2008-2010-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində tarix istiqaməti üzrə magistr təhsili alıb və bu fakültəni fərqlənmə diplomu ilə bitirib.

2016-2019-cu illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun texnoloji innovasiyalar iqtisadiyyatı ixtisası üzrə dissertantı olub.

2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat ixtisası üzrə ikinci bakalavr təhsilini davam etdirir.

Pedaqoji fəaliyyəti

2020-2022-ci illərdə Azərbaycan Texniki Universitetinin Beynəlxalq ticarət, logistika və marketinq kafedrasının müəllimi vəzifəsində çalışıb.

2022-ci ildən Biznesin İdarə Edilməsi (MBA) və SABAH magistratura qruplarında “Tədqiqat metodları” və “Akademik yazı və tədqiqat üsulları” fənlərini tədris edir.

Yerli və beynəlxalq mətbuatda dərc olunmuş 20-dən çox elmi və publisistik məqalə və tezislərin müəllifidir.

Əmək fəaliyyəti

2011-2022-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda baş mütəxəssis, böyük elmi işçi, şöbə müdiri v.i.e. və elmi katib vəzifələrində işləyib.

2022-2023-cü illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb.

2023-cü ildən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin Sosial-iqtisadi proqramların monitorinqi sektorunun müdiri vəzifəsində çalışır.

2023-cü ilin sentyabr ayından İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Azərbaycan, ingilis və rus dillərini bilir.

Ailəlidir, bir övladı var.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R