İİTKM və TDT-nin təşkilatçılığı ilə Bakıda “Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı” keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyinin birgə təşkilatçılığı ilə Bakıda “Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı” keçirilib.
“Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlığın davamlı məsləhətləşmələr və birgə tədqiqatlar vasitəsilə gücləndirilməsi” mövzusuna həsr olunmuş konfrans qlobal iqtisadi transformasiyalar fonunda Türk dövlətləri arasında inteqrasiyanın dərinləşdirilməsi, ortaq tədqiqat platformalarının yaradılması və institusional əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyıb.
Konfransın açılış mərasimində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, professor Vüsal Qasımlı təqdimatla çıxış edib. Təqdimatda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin iqtisadi potensialı və əməkdaşlıq perspektivləri diqqətə çatdırılıb. Çıxış zamanı üzv ölkələr arasında ticarət və investisiya əlaqələrinin inkişaf etdirilməsi, logistika imkanlarının gücləndirilməsi, Orta Dəhlizin əhəmiyyətinin artırılması, maliyyə və ixrac potensialından daha səmərəli istifadə, eləcə də rəqəmsal transformasiya və innovasiyaların təşviqi istiqamətində əsas prioritetlər vurğulanıb.
Sonra Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Milli Məclisin sədr müavini Musa Qasımlı, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu çıxış ediblər.
Tədbir yüksək səviyyəli beynəlxalq platforma kimi dövlət qurumlarının nümayəndələrini, aparıcı analitik mərkəzlərin rəhbərlərini, akademik dairələri, beynəlxalq təşkilatların təmsilçilərini, maliyyə institutlarını və biznes ictimaiyyətini bir araya gətirir. Konfransın məqsədi yalnız elmi və analitik müzakirələrin təşkili deyil, həm də Türk dünyasında uzunmüddətli tədqiqat şəbəkələrinin formalaşdırılması, ekspertlər arasında davamlı dialoqun inkişaf etdirilməsi və siyasət qərarlarının elmi əsaslarla dəstəklənməsinə töhfə verməkdir.
Konfransın proqramına “Regional inteqrasiya və infrastruktur əsaslı inkişafın sürətləndirilməsində Orta Dəhlizin rolu”, “TDT-yə üzv dövlətlər arasında ticarət və iqtisadi əlaqələrin qiymətləndirilməsi: mövcud trendlər və istifadə olunmamış imkanlar” və “Dayanıqlı inkişaf üçün innovasiya: siyasət çərçivələri və iqtisadi transformasiya” mövzularında üç panel daxil edilib. Panel sessiyalarında 10-yaxın ölkədən 30-dan artıq beyin mərkəzinin rəhbəri, tanınmış alimlər və beynəlxalq ekspertlər çıxış ediblər.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib