İİTKM “International Finance Awards 2026” müsabiqəsində iki mükafata layiq görülüb

İİTKM “International Finance Awards 2026” müsabiqəsində iki mükafata layiq görülüb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Böyük Britaniyada yerləşən “International Finance” beynəlxalq media qurumu tərəfindən təşkil olunan “International Finance Awards 2026” müsabiqəsində iki kateqoriya üzrə mükafata layiq görülüb.

İİTKM “Best Academic Journal in Economic Reform and Public Policy – Azerbaijan 2026” (“İqtisadi islahatlar və ictimai siyasət sahəsində ən yaxşı akademik jurnal – Azərbaycan 2026”) və “Best Contribution to Economic Policy Research – Azerbaijan 2026” (“İqtisadi siyasət tədqiqatlarına ən yaxşı töhfə – Azərbaycan 2026”) nominasiyaları üzrə qalib elan olunub.

“Best Academic Journal in Economic Reform and Public Policy – Azerbaijan 2026” mükafatı İİTKM tərəfindən nəşr olunan “Economic Reforms / İqtisadi İslahatlar” elmi-analitik jurnalına verilib.

Qeyd edək ki, “Economic Reforms / İqtisadi İslahatlar” jurnalı ERIH PLUS, RePEc, IDEAS, EconPapers, FAO AGRIS, Dimensions, Scilit, OpenAlex, BASE, WorldCat, Semantic Scholar, Scinapse, OpenAIRE, Harvard Library və digər beynəlxalq elmi informasiya resurslarında təmsil olunur.

Mənbə: https://awards.internationalfinance.com/