“Enterprise Azerbaijan” portalının “Startup School 4” proqramının finalı - “Demo Day” keçiriləcək
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalının “Startup School 4: Beş qitə - 500 startap” qlobal innovasiya proqramının final mərhələsi olan “Demo Day” tədbiri keçiriləcək. Beş qitədən startap və innovasiya ekosistemlərini bir araya gətirən tədbirdə komandalar öz innovativ həllərini investor, sahibkar və biznes nümayəndələrinə təqdim edəcəklər.
Proqrama 15 ölkədən - Birləşmiş Krallıq, Danimarka, Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan, Özbəkistan, Misir, Qana, Mərakeş, Madaqaskar, Efiopiya, Qırğızıstan, Ukrayna, Uqanda və Azərbaycandan yüzlərlə müraciət daxil olub. Seçim mərhələsindən sonra 233 startap komandası layihədə iştirak hüququ qazanıb.
Proqramın onlayn təlim mərhələsində 11 modul üzrə 20 sessiya keçirilib. ABŞ, Malta, Çin, Finlandiya, Türkiyə, Avstraliya, Estoniya, Azərbaycan, Qətər, Pakistan, Hindistan, Efiopiya və Madaqaskardan 30-a yaxın təlimçi və mentor tərəfindən dayanıqlı iqtisadiyyat, rəqəmsallaşma, süni intellekt, liderlik və komanda idarəetməsi, marketinq, satış strategiyaları, innovasiya və məhsul idarəetməsi, əqli mülkiyyət, biznesin inkişafı və investisiyaya hazırlıq kimi istiqamətlər tədris olunub. Təlimləri uğurla başa vuran komandalar finalda- “Demo Day” tədbirində startaplarını təqdim edəcəklər.
“Demo Day” 31 oktyabr 2026-cı il tarixində saat 10:00-dan 18:00-dək “Sabah City”də “TEI (Trade, Export & Innovation Forum) Forum 2026” tədbiri ilə birgə keçiriləcək. Proqramın birinci hissəsində startapların sərgisi təşkil olunacaq. Forum çərçivəsində isə innovasiya ekosistemi, regional ticarətin inkişafı və investisiyalar mövzularında panel müzakirələrinin keçirilməsi də nəzərdə tutulur.
Bu baxımdan, “Demo Day” startapların yalnız öz məhsul və xidmətlərini təqdim etdiyi yekun tədbir deyil, həm də onların beynəlxalq tərəfdaşlarla əlaqə qurması, investorlarla ilkin təmas yaratması, yeni bazarlara çıxış imkanlarını müzakirə etməsi və gələcək inkişaf perspektivlərini formalaşdırması üçün platforma rolunu oynayacaq.
“Startup School 4” yerli və qlobal innovasiya ekosistemindən 40-a yaxın tərəfdaşın iştirakı ilə həyata keçirilir. Tərəfdaş şəbəkəsində ABŞ, Çin, Türkiyə, Qətər, Pakistan, Malta, Finlandiya və Azərbaycan daxil olmaqla müxtəlif ölkələrdən 9 vençur fond təmsil olunur.
Ətraflı məlumat üçün link: https://startupschool.ereforms.org/









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib