Ayaz Müseyibov

Ayaz Müseyibov

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri


13 dekabr 1992-ci ildə Xaçmaz rayonunda anadan olub.

Təhsili

2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə ixtisası üzrə bakalavr,

2014-2017-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə idarəetməsi ixtisası üzrə magistr təhsili alıb.

2021-ci ildə Asiya İnkişaf Bankının təqaüdü ilə Böyük Britaniyanın Kembric Hakim Biznes Məktəbində "Finteks və tənzimləyici innovasiyalar" üzrə təhsil alıb.

2020-2021-ci illərdə Beynəlxalq Valyuta Fondu İnstitutunun dövlət qulluqçuları üçün “Maliyyə Proqramlaşdırılması: Makroqitisadi Təhlil” istiqaməti üzrə xüsusi proqramını bitirib.

2020-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyat üzrə doktorantura təhsili alır.

“Smart Siyasət – 21-ci əsrin dövlət siyasətində data analitikası” istiqaməti üzrə ABŞ Dövlət Departamentinin Beynəlxalq Liderlərin Mübadiləsi Proqramının məzunudur.

Pedaqoji fəaliyyəti

2021-ci ildən etibarən Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və digər ali məktəblərin magistratura proqramlarında strateji menecment, layihələrin idarə edilməsi və ümumi idarəetmə istiqamətlərində pedoqoji fəaliyyətlə məşğuldur.

ABŞ, İtaliya, Böyük Britaniya, Türkiyə, Belçika, Çin və digər ölkələrdə nəşr olunmuş 4 kitabın həmmüəllifi, 100-dən çox elmi və publisistik məqalənin müəllifidir.

Əmək fəaliyyəti

2015-2016-cı illərdə Azərbaycan Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətində kiçik mütəxəssis;

2016-2018-ci illərdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında Bank nəzarəti departamentinin kiçik mütəxəssisi;

2018-2019-cu illərdə Azərbaycan Kredit Bürosunda Biznesin inkişafı departamentinin aparıcı mütəxəssisi;

2019-2020-ci illərdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Səmərəliliyin qiymətləndirilməsi departamentinin baş analitiki, 2020-ci ildən Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri;

2022-2023-cü illərdə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzində Təhlil və monitorinq şöbəsinin rəisi vəzifələrində çalışıb.

2023-cü ilin oktyabr ayından İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində icraçı direktorun müşaviri vəzifəsində işləyir.

Birləşmiş Millətlər Təşkilatının müxtəlif qurumlarının icra etdiyi layihələrdə məsləhətçi kimi fəaliyyət göstərib.

Azərbaycan, ingilis və rus dillərini bilir.

Ailəlidir.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R