İİTKM-də “Təhlükəsizlik mədəniyyəti və risklərin idarə edilməsi” mövzusunda görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “İslahat Könüllüləri”nin təşəbbüsü ilə təhlükəsizlik üzrə ekspert Qəzənfər Aloyevlə “Təhlükəsizlik mədəniyyəti və risklərin idarə edilməsi” mövzusunda maarifləndirici görüş keçirilib. Görüşün əsas məqsədi gənclərin təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması, müasir risklər barədə məlumatlılığın gücləndirilməsi, eləcə də təhlükələrin vaxtında müəyyənləşdirilməsi və qabaqlayıcı tədbirlərin əhəmiyyətinin diqqətə çatdırılması olub.
Görüş zamanı təhlükəsizlik anlayışının müasir cəmiyyət üçün əhəmiyyəti, təhlükəsizlik mədəniyyətinin formalaşması və risklərin sistemli şəkildə idarə olunması məsələləri ətrafında müzakirələr aparılıb. Şəxsi və ictimai təhlükəsizlik, ətraf mühitin mühafizəsi, rəqəmsal təhlükəsizlik, mümkün təhdidlərin qiymətləndirilməsi və risklərin minimuma endirilməsi istiqamətində tətbiq oluna biləcək qabaqlayıcı tədbirlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, təhlükəsizlik mədəniyyəti yalnız fövqəladə hallara hazır olmaqla məhdudlaşmır, eyni zamanda gündəlik həyatda məsuliyyətli davranış, potensial təhlükələrin düzgün qiymətləndirilməsi və preventiv yanaşmanın mənimsənilməsini də əhatə edir.
Rəqəmsal texnologiyaların sürətli inkişafı fonunda kibertəhlükəsizlik məsələlərinə də xüsusi diqqət yetirilib. Süni intellekt texnologiyalarından istifadə etməklə həyata keçirilən kiberdələduzluq üsulları, rəqəmsal mühitdə manipulyasiya və saxtakarlıq halları, fərdi məlumatların qorunması, eləcə də belə hallarla qarşılaşdıqda hüquqi müdafiə imkanlarından istifadə yolları müzakirə olunub. İştirakçıların diqqətinə çatdırılıb ki, rəqəmsal təhlükəsizliyin təmin edilməsi üçün texnoloji vasitələrdən düzgün istifadə ilə yanaşı, informasiya mənbələrinin etibarlılığının yoxlanılması, şəxsi məlumatlarla ehtiyatlı davranılması və rəqəmsal savadlılığın artırılması mühüm əhəmiyyət daşıyır.
Qəzənfər Aloyev mövzu ilə bağlı peşəkar təcrübəsini bölüşərək real həyatda rast gəlinə bilən təhlükə və risklərə dair nümunələr təqdim edib. Görüş interaktiv formatda davam edib, gəncləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə “İslahat Könüllüləri” ilə yanaşı, “Könüllü gömrükçü”, “Ailəm Könüllüləri”, “Turizm Könüllüləri”, Dövlət İmtahan Mərkəzinin könüllüləri, “Media Könüllüləri” və “İrs dostu” könüllüləri, eləcə də müxtəlif ali təhsil müəssisələrinin tələbələri iştirak ediblər.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib