Vüsal Qasımlı Avropa İttifaqının səfirlərini qəbul edib
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (IITKM) icraçı direktoru Vüsal Qasımlı Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığının xüsusi tapşırıqlar üzrə səfirlərindən ibarət nümayəndə heyətini qəbul edib. Icraçı direktor qeyd edib ki, Azərbaycan Avropa İttifaqının regiondakı ən böyük ticarət və investisiya partnyorudur: “Eyni zamanda Bakı-Tbilisi-Qars və Astara-Astara dəmiryolu xətləri, həmçinin Bakı Dəniz Ticarət Limanı Avropa İttifaqı üçün əhəmiyyətli olan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişafına töhfə verəcək.” Vüsal Qasımlı Azərbaycanda aparılan islahatların biznes mühitini yaxşılaşdırdığını qeyd edərək, ölkəmizin “Doing Business 2018” hesabatında 8 pillə irəliləyərək 190 ölkə arasında 65-ci pillədən 57-ci yerə yüksəlməsini və bununla da Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri olmasını vurğulayıb.
Müzakirələr zamanı hazırda Avropa İttifaqı Şurasına sədrlik edən Estoniyanın Avropa İttifaqı Şərq Tərəfdaşlığında xüsusi səlahiyyətli səfiri Yaan Reynhold Avropa İttifaqı rəhbərliyi və görüşdə iştirak edən səfirlər adından bildirib ki, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çox müsbət şəkildə inkişaf edir: “Azərbaycanda iqtisadi islahatlar və rəqəmsallaşma sahəsində əldə edilən nailiyyətlər xüsusi önəm daşıyır.”
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas vurğulayıb ki, müxtəlif ölkələrdən olan səfirlərin səfəri müddətində əməkdaşlıq üçün yeni imkanlar yarana bilər.
Görüşün sonunda Strateji yol xəritələri, Azexport, Rəqəmsal Ticarət Qovşağı və “Bir Pəncərə” İxraca Dəstək Məkəzi barədə suallara cavab verilib.





Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib