İİTKM-də “e-monitorinq” portalının “Layihə idarəetməsi” modulu üzrə təlimlər başa çatıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) dövlət proqramlarının icraçısı olan qurumlar üçün təşkil etdiyi “e-monitorinq” portalının “Layihə idarəetməsi” modulunun tətbiqi və istifadə qaydalarına dair təlimlər başa çatıb. Beş gün davam edən təlimlərdə 40-dan artıq dövlət qurumunun 140-a yaxın nümayəndəsi iştirak edib.
Təlimlərin məqsədi Mərkəzin monitorinqini və qiymətləndirilməsini apardığı dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr üzrə hesabatların keyfiyyətini yüksəltmək və aidiyyəti dövlət qurumlarına metodiki dəstək göstərməkdən ibarət olub.
İİTKM-in icraçı direktorunun müavinləri Ramil Hüseyn və Təranə Salıfova iştirakçılara modulun məqsədi, funksional imkanları və tətbiqinin mərhələləri barədə məlumat veriblər.
Mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdirləri Elşən Yusifli və Arzu Süleymanov, eləcə də Strateji planlaşdırma şöbəsinin əməkdaşı Könül Bədəlova modul çərçivəsində beynəlxalq layihə idarəetməsi standartları üzrə fiziki və maliyyə icra göstəricilərini, qazanılmış dəyər idarəetməsi (EVM) metodologiyasını, həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişafa Yardım Komitəsinin (DAC) qiymətləndirmə meyarlarını təqdim ediblər. “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” nümunəsində isə modul üzrə hesabatların hazırlanması qaydaları, habelə kəmiyyət və keyfiyyət təhlili yanaşmaları izah edilib.
Təlimlər çərçivəsində “e-monitorinq” portalı üzərindən modulun tətbiqi canlı nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qarşıdakı mərhələlərdə bu istiqamətdə əməkdaşlığın daha da gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Layihə idarəetməsi” modulu Mərkəz tərəfindən strateji sənədlərin, o cümlədən dövlət proqramlarının monitorinqinin və qiymətləndirilməsinin fasiləsiz və operativ şəkildə aparılması məqsədilə hazırlanıb. Modul layihələrin icrasının real vaxt rejimində izlənilməsinə, məlumatların mərkəzləşdirilməsinə, hesabatlılığın artırılmasına, aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsinə və məlumatlara əsaslanan qərarların qəbuluna xidmət edir.




Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib