“Startup School 4” - “Demo Day” tədbiri ilə bağlı bütün məlumatlar startupschool.ereforms.org saytında
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalının “Startup School 4: Five Continents – 500 Startups” qlobal innovasiya proqramının yekun tədbiri olan “Demo Day” yaxınlaşır. Tədbirlə bağlı bütün məlumatları vahid elektron səhifədən əldə etmək mümkündür.
Rəsmi veb-səhifədə (startupschool.ereforms.org) proqram və tədbir haqqında ümumi məlumat, tədbirin gündəliyi, yerli və beynəlxalq spikerlər, münsiflər heyəti, “Startup School 4” proqramının əhatə dairəsi və əsas istiqamətləri, “Demo Day” finalına yüksələn startaplar və onların innovativ həlləri, eləcə də tədbirlə bağlı media materialları ilə tanış olmaq mümkündür.
Proqramın yekun tədbiri startapları, investorları, sahibkarları və innovasiya ekosisteminin nümayəndələrini bir araya gətirəcək. “Demo Day” oktyabrın 31-də SABAH.city-də keçiriləcək.
“Startup School 4” proqramının finalçıları süni intellekt, rəqəmsal biznes, kənd təsərrüfatı, səhiyyə, təhsil, mobillik və yaşıl texnologiyalar kimi müxtəlif sahələrdə innovativ həllər təqdim edirlər.
Veb-səhifədə startaplar haqqında məlumatların əvvəlcədən əlçatan olması investorlar, potensial müştərilər və biznes tərəfdaşları üçün xüsusi əhəmiyyət daşıyır. Bu imkan sayəsində maraqlı tərəflər öz fəaliyyət istiqamətlərinə uyğun layihələri müəyyənləşdirə, mümkün əməkdaşlıq perspektivlərini qiymətləndirə və tədbir çərçivəsində keçiriləcək görüşlərə daha məqsədyönlü hazırlaşa bilərlər.
“Demo Day” proqramı çərçivəsində startap təqdimatları, innovativ məhsul və xidmətlərin nümayişi, panel müzakirələri və işgüzar görüşlərin keçirilməsi nəzərdə tutulur. Beynəlxalq spikerlərin iştirakı qlobal startap ekosisteminin inkişafı, innovativ bizneslərin beynəlxalq bazarlara çıxışı, investisiyaların cəlb edilməsi və ağıllı kapitalın rolu kimi mövzuların müzakirəsinə imkan yaradacaq.





Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib