İİTKM-in Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri Özbəkistanda beynəlxalq elmi konfransda çıxış edib

İİTKM-in Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri Özbəkistanda beynəlxalq elmi konfransda çıxış edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri İlyas Hüseynov Özbəkistanın Səmərqənd şəhərində “Süni intellekt və rəqəmsal transformasiya: elmi yanaşmalar və perspektivlər” mövzusunda beynəlxalq elmi-akademik simpoziumda məruzə ilə çıxış edib. Məruzə “Azərbaycan-Özbəkistan münasibətlərində rəqəmsal transformasiya və süni intellekt: strateji tərəfdaşlığın yeni ölçüləri” mövzusuna həsr olunub. Simpoziumda süni intellektin tətbiqi, rəqəmsal transformasiya və texnoloji mədəniyyətin aktual məsələləri, eləcə də bu proseslərin müasir cəmiyyətə təsiri müzakirə edilib.

TDAM rəhbəri həmçinin Daşkənd şəhərində Dövlət Nəqliyyat Universiteti və “FFB HUMANS” Sosial Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Türk Dünyasının Sosial Araşdırmalar və İnnovasiyalar Forumu”nda iştirak edib. Forum çərçivəsində “Türk Barometri 2026: Türk dövlətlərində rəqəmsal transformasiya, texnoloji mədəniyyət və sosial nəticələr” adlı beynəlxalq tədqiqat layihəsinə xüsusi diqqət yetirilib.

Türk dünyasının nüfuzlu alimləri və tədqiqatçıları süni intellekt, rəqəmsal transformasiya və texnoloji mədəniyyətin inkişaf tendensiyalarını müzakirə ediblər. Eyni zamanda, Azərbaycan və Özbəkistan arasında elmi-akademik əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsi üçün yeni imkanlar yaranıb.