Vüsal Qasımlı aparıcı şirkətlərin nümayəndələri ilə islahatları müzakirə edib
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı dünyanın aparıcı konsaltinq və innovativ şirkətlərinin – Microsoft, Visa, A.T.Kearney və PwC - nümayəndələri ilə ayrılıqda görüşərək Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyilə aparılan islahatlar barədə müzakirələr aparıb.
V.Qasımlı qeyd edib ki, bu il həyata keçirilən inqilabi sosial islahatlar və struktur və kadr islahatları müvafiq olaraq insan kapitalının və institutların inkişafı baxımından vacibdir: “Son 15 ildə 3,3 dəfə böyüyən Azərbaycan iqtisadiyyatının yenidən yüksək artım tempinə nail olması innovativ yanaşmadan asılıdır. Yaxşı idarəetmə, əlverişli biznes mühiti, bazarlara çıxış, texnologiyaların tətbiqi və insan kapitalının inkişafı əsas prioritetlərimizdi. Azərbaycanın de-industrializasiya mərhələsinə keçidi baş verir ki, iqtisadiyyatın əsas drayverlərindən biri xidmət sektorunun – informasiya və rabitə texnologiyaları, turizm, nəqliyyat və logistika – rolu da artır.”
Aparıcı şirkətlərin nümayəndələri Azərbaycandakı iqtisadi islahatları yüksək qiymətləndirməklə yanaşı, həm də bu prosesdə iştirak etdiklərini də bildiriblər. Azərbaycanla dünyanın aparıcı şirkətlərinin əməkdaşlıq imkanları da keçirilən görüşlərdə müzakirə edilib.
Eyni zamanda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin innovativ layihələri – Azexport.az, Enterpriseazerbaijan.com, Rəqəmsal Ticarət Qovşağı, Azranking.az, Monitoring.az, Azerp.az və Azkob.az – üzrə əməkdaşlığın gücləndirilməsi də qərara alınıb. Microsoft, Visa, A.T.Kearney və PwC şirkətlərinin nümayəndələri İİTKM-də fəaliyyət göstərən “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyətilə tanış olublar.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib