“Enterprise Azerbaijan”ın tərəfdaşlarının investisiya portfeli 3 milyard ABŞ dollarını ötür
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalı tərəfindən həyata keçirilən “Startup School 4: Beş Qitə – 500 Startap” qlobal innovasiya proqramı beynəlxalq investisiya ekosisteminin aparıcı iştirakçılarını Azərbaycan startapları ilə bir araya gətirir.
Proqramın tərəfdaşları arasında ABŞ, Malta, Finlandiya, Qətər, Çin, Pakistan və Azərbaycandan olan vençur fondları, investisiya qurumları və innovasiya təşkilatlarının ümumi investisiya portfeli və kapital yerləşdirmə göstəriciləri 3 milyard ABŞ dollarını ötür.
Proqramın tərəfdaşları sırasında ABŞ-dan “Synapses Ventures”, Maltadan “Deep Tech Foundry”, Finlandiyadan “The Brutally Honest Ecosystem”, Qətərdən “LICORNE GULF”, Pakistandan “Khyber Pakhtunkhwa Board of Investment and Trade”, Çindən “Silk Road High-Tech Industrial Park Association” (SRHPA), eləcə də Azərbaycandan “Caucasus Ventures” və “SABAH.HUB” yer alır.
Qeyd edək ki, "Enterprise Azerbaijan" portalı “Startup School 4: Beş Qitə – 500 Startap” qlobal innovasiya proqramı vasitəsilə yerli startaplarla beynəlxalq investisiya ekosistemi arasında əlaqələrin inkişaf etdirilməsini, perspektivli layihələrin maliyyə və strateji tərəfdaşlıq imkanlarına çıxışının genişləndirilməsini təşviq edir. Proqramın “Demo Day” tədbiri oktyabrın 31-də Bakıda (SABAH.city) keçiriləcək.
Ətraflı məlumat üçün: https://startupschool.ereforms.org/startups/









Ekspert yazıları
İsmət Mehrəliyeva
Rəqəmsal Ticarət Qovşağının (RTQ) rəhbəri
Azərbaycan rəqəmsal xidmətlərdə ABŞ, Böyük Britaniya və Kanadanı geridə qoydu – tarixi nəticə
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır