USAID və Azexport əməkdaşlıq edir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az portalının rəhbəri Ayxan Qədəşov və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Özəl Sektorun İnkişafı layihəsinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə Azərbaycanın ixracqabiliyyətli məhsullarının xarici bazarlara çıxarılması istiqamətində müzakirələr aparılıb. Həmçinin, Azərbaycandan Amerika Birləşmiş Ştatlarına qida məhsullarının ixracı zamanı tələb olunan “FDA” və digər sertifikatlaşdırma prosedurlarına dair tələblərə toxunulub. Bu istiqamətdə yerli şirkətlərin dəstəklənməsi mexanizminin daha da təkmilləşdirilməsinə dair müzakirələr aparılıb.
Qeyd edək ki, Azexport portalı hazırda ABŞ-ın Nyu York, Kaliforniya və Vaşinqton ştatlarına konservləşdirilmiş qidalar, qənnadı məhsulları, meyvə şirələri və digər “Made in Azerbaijan” brendi məhsullarının ixracı istiqamətində yerli şirkətlərlə pilot layihə icra edir.


Ekspert yazıları
Günay Quliyeva
İİTKM-in departament rəhbərinin müavini
Əcnəbi investorlar Azərbaycanda hansı qeyri-neft sektoruna maraq göstərirlər?
Nicat Hacızadə
İİTKM-in departament rəhbəri
X Qlobal Bakı Forumu Azərbaycanın beynəlxalq arenada imicinə müsbət təsir göstərir
Günay Quliyeva
İİTKM-in departament rəhbərinin müavini
Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq mühiti
Aqil Əsədov
İİTKM-in departament rəhbəri
Dünya Bankı: “2023-cü ildə Azərbaycanda real ÜDM-nin artım tempi müsbət olaraq qalır”
Nicat Hacızadə
İİTKM-in departament rəhbəri
Nağdsız ödənişlərin artımı kölgə iqtisadiyyatının miqyasının azalmasına təsir edir
Nicat Hacızadə
İİTKM-in departament rəhbəri
İxrac potensialının yüksəldilməsi və investisiyaların təşviqi
Ayaz Müseyibov
İİTKM-in departament rəhbəri
The Emerging Role of Central Asia and the South Caucasus as a Reliable Transport Hub