NK-nın tapşırığı ilə İİTKM süni intellekt strategiyasına dair Layihə İdarəetməsi Modulu yaradacaq
Azərbaycan Respublikasinin Nazirlər Kabineti “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədilə Sərəncam imzalayıb.
Sərəncama əsasən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi altı ay müddətində Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini təmin etmək məqsədilə mövcud rəqəmsal resurslar əsasında “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın icrasının monitorinqi və hesabatlılıq modulu”nu formalaşdıracaq. Növbəti ildən isə Strategiyanın monitorinqi və qiymətləndirilməsi həmin Modul üzərindən həyata keçiriləcək.
Sərəncamda göstərilir ki, İİTKM Layihə İdarəetməsi Modulunda Strategiyada nəzərdə tutulmuş tədbirlərlə bağlı icraçı orqanlar (qurumlar), layihələrlə əlaqədar icra müddətləri (illər üzrə bölgüsü), maliyyə və texniki-iqtisadi əsaslandırmalar, smeta sənədləri, maliyyə vəsaitinin ayrılması, satınalma müqavilələrinin bağlanılması barədə məlumatları və digər zəruri göstəriciləri təsnifatlandırmaqla mövcud vəziyyət barədə informasiyaları, aidiyyəti təsdiqedici sənədləri təmin edən və hesabatlılığa imkan verən müvafiq bölmələrin yaradılmasını təmin edəcək.
Mərkəz Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin nəticəsi barədə məlumatları ildə bir dəfə, hər il fevralın 28-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edəcək.
Modulun yaradılması və Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin monitorinqi və qiymətləndirilməsi ilə bağlı xərclərin Mərkəzin növbəti illər üçün büdcəsində nəzərə alınması məqsədilə tədbirlər görülməlidir.
Sərəncama görə Strategiyada nəzərdə tutulmuş tədbirlər üzrə əsas icraçı və digər icraçı orqanların (qurumların) rəhbərlərinin müavinlərindən ibarət məsul şəxslər təyin ediləcək.
Həmçinin Mərkəzlə razılaşdırılmış qaydada nəticə indikatorları üzrə hədəf göstəriciləri müəyyən edilməklə, illər üzrə bölgüsü bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmalıdır.
Bundan başqa məlumatların ayda bir dəfə, ilin yekunları barədə məlumatların isə hər il yanvarın 25-dək Modulda yerləşdirilməsi təmin edilməlidir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib