İİTKM-in innovativ layihələri Çinin “Taovation” şirkəti ilə əməkdaşlıq edəcək
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) əməkdaşları Çinin “Taovation” şirkətinin təsisçisi və prezidenti Haoshu Peng ilə görüş keçiriblər. Yeni texnologiyaların tətbiqi və innovasiya yönümlü həllərin hazırlanması sahəsində fəaliyyət göstərən Taovation süni intellekt, rəqəmsal transformasiya və ağıllı şəhər texnologiyaları üzrə ixtisaslaşmış beynəlxalq şirkətdir.
Görüş zamanı elmi-texnoloji innovasiyalar, rəqəmsallaşma, investisiya imkanları və startap ekosistemində beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub. İİTKM-in operatoru olduğu “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov və layihə meneceri Aydan Hüseynzadə “Startup School 3” layihəsi çərçivəsində həyata keçirilən “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramı barədə ətraflı məlumat veriblər. Bildirilib ki, bu proqram regionda innovativ təşəbbüsləri dəstəkləməklə, startapların beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirməyi və yaşıl-rəqəmsal texnologiyaların yayılmasını hədəfləyir.
Rəqəmsal Ticarət Qovşağının (RTQ) rəhbəri vəzifəsini icra edən Aygün Əhmədova qurumun fəaliyyəti, ölkədə rəqəmsallaşma prosesinə verdiyi töhfə və süni intellekt texnologiyalarının tətbiqi sahəsində görülən işlər barədə məlumat verib. O, eyni zamanda Rəqəmsal Ticarət Qovşağının məqsəd və fəaliyyət istiqamətləri, rəqəmsal texnologiyaların inkişafı, eləcə də beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün həyata keçirilən təşəbbüsləri diqqətə çatdırıb.
“Taovation” şirkətinin təsisçisi və prezidenti Haoshu Peng görüş zamanı şirkətin əsas fəaliyyət istiqamətləri – süni intellekt, rəqəmsal transformasiya və yaşıl texnologiyalar sahəsində görülən işlər barədə məlumat verib. O, şirkətin beynəlxalq təcrübəsinə əsaslanaraq Azərbaycanda texnoloji tərəqqiyə töhfə verə biləcək əməkdaşlıq imkanlarını vurğulayıb. Haoshu Peng startapların inkişafı, ağıllı həllərin lokal tətbiqi, təcrübə mübadiləsi proqramlarının təşkili kimi istiqamətlərdə tərəfdaşlıq potensialına diqqət çəkib.
Görüş çərçivəsində tərəflər texnoloji bilik və təcrübə mübadiləsi, birgə təşəbbüslərin reallaşdırılması və startapların qlobal elmi və innovativ ekosistemlərə inteqrasiyası sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər. Sonda əməkdaşlıq üçün razılıq əldə olunub.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib