Vüsal Qasımlı Malayziyanın Azərbaycandakı səfirini qəbul edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı Malayziyanın Azərbaycandakı səfiri cənab Ahmad Kamrizamili qəbul edib.
Görüş zamanı Vüsal Qasımlı Azərbaycanda həyata keçirilən dövlət proqramlarının idarə edilməsi, ortamüddətli xərclər çərçivəsi, 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası, işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı icrası ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib. O, İİTKM-də yaradılmış Monitorinq və Qiymətləndirmə İnstitutunun fəaliyyəti, tədbir əsaslı qiymətləndirmədən nəticə əsaslı qiymətləndirməyə keçid prosesi, eləcə də süni intellekt texnologiyalarına əsaslanan, data-əsaslı və real vaxt rejimində işləyən rəqəmsal platformalar vasitəsilə həyata keçirilən qiymətləndirmə prosesləri haqqında geniş təqdimat edib. Eyni zamanda Qarabağın işğalı dövründə Malayziyanın Azərbaycanı dəstəklədiyini xüsusi qeyd edərək hazırda azad olunan ərazilərdə ölkə rəhbərliyi tərəfindən aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri və keçmiş məcburi köçkünlərin qayıdışı üzrə həyata keçirilən tədbirləri və hədəfləri qonağın diqqətinə çatdırıb.
V.Qasımlı İİTKM-in operatoru olduğu rəqəmsal platformaların fəaliyyət sahələri və innovativ layihələrin icrası ilə baölı geniş məlumat vererək bu sahədə Malayziyanın müvafiq qurumları ilə əməkdaşlığın qarşılıq faydasını qeyd edib.
Görüşdə səfir Ahmad Kamrizamil azad olunan ərazilərdə xüsusən Şuşa və Xankəndi şəhərlərinə səfəri zamanı qısa müddətdə həyata keçirilən yenidənqurma işlərinin miqyasını və Böyük Qayıdış proqramının uğurlu icrasını görməkdən məmnun olduğunu bildirib. O, Malayziyanın strateji inkişaf hədəfləri, tətbiq edilən monitorinq və qiymətləndirmə sistemi və bu fəaliyyəti həyata keçirən PEMANDU (Performance Management and Delivery Unit) qurumunun fəaliyyəti barədə məlumat verib. Səfir, həmçinin Malayziyanın beynəlxalq əməkdaşlıq proqramı çərçivəsində monitorinq və qiymətləndirmə, iqtisadi təhlil, süni intellekt və data analitika sahələrində İİTKM əməkdaşlarının bilik mübadiləsi proqramlarına və təlimlərinə cəlb olunmasına səfirliyin dəstək göstərməsində maraqlı olduğunu vurğulayıb.
Görüşdə İİTKM-in Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri Vüsalə Cəfərova, İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi Rəşad Nəcəfli, Malayziyanın Azərbaycandakı səfirliyinin ikinci katibi Nurul Ain Mohammed Fadhil və səfirin köməkçisi Nubar Baydarova iştirak ediblər.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib