“II Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi” ilə bağlı mətbuat konfransı keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Türkiyənin “Rok Expo” şirkətinin birgə təşkilatçılığı ilə Bakıda təşkil olunacaq “II Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi” ilə bağlı mətbuat konfransı keçirilib.
Mətbuat konfransında çıxış edən İİTKM-in operatoru olduğu "Azexport.az" portalının rəhbəri Ayxan Qədəşov tədbirin əhəmiyyəti və müzakirə olunacaq mövzular barədə geniş məlumat verib. O bildirib ki, forum çərçivəsində altı panel keçiriləcək:
Türk dövlətlərinin iqtisadi imkanlarına həsr olunacaq paneldə qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində dövlət rəsmiləri və biznes nümayəndələri arasında fikir mübadiləsi aparılacaq. Bu panel çərçivəsində regional iqtisadi inteqrasiyanın gücləndirilməsi və ticarət baryerlərinin azaldılması kimi mövzularda müzakirələr keçiriləcək.
Elektron ticarət, startaplar və investisiya sahələrinə dair panellərdə isə gənc sahibkarlara göstərilən dövlət dəstəyi, Türk dövlətlərində formalaşmaqda olan startap ekosistemi və müvafiq özəl təşəbbüslər barədə təcrübə mübadiləsi aparılacaq. Eyni zamanda, elektron ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi, “Azexport.az” kimi milli e-ticarət platformalarının təqdim etdiyi imkanlar, məhsul və xidmətlərin qlobal bazarlara çıxışı, elektron ödəniş sistemləri və logistik inteqrasiya kimi vacib məsələlər də diqqət mərkəzində olacaq. Panel iştirakçıları arasında e-ticarətin hüquqi və texnoloji infrastrukturu, rəqəmsal marketinq və transsərhəd ticarət imkanları barədə müzakirələr də aparılacaq.
Bundan əlavə, Türk dövlətləri üçün strateji əhəmiyyət kəsb edən aqrar sənaye sahəsinə dair ayrıca panel təşkil olunacaq və bu sahədə əməkdaşlıq imkanları dəyərləndiriləcək. Tədbirin son paneli isə turizm və mədəniyyət sahələrində əməkdaşlıq və inkişaf potensialına həsr ediləcək.
Mətbuat konfransında KOBSKA-nın idarə heyətinin sədri Ramin Şərifov və “Rok Expo” şirkətinin təsisçisi, eyni zamanda Türk Ticarət Sərgisinin təşkilatçısı Aygün Əliyeva çıxış edərək tədbir barədə ətraflı məlumat veriblər.
10–12 iyun tarixlərində keçirilməsi nəzərdə tutulan bu mühüm tədbirə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrdən – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasından yüksək vəzifəli dövlət nümayəndələri, nüfuzlu şirkət rəhbərləri, investorlar, startap nümayəndələri və akademik dairələrdən ekspertlər qatılacaqlar.
Tədbirdə iştirak üçün qeydiyyat linki: https://forms.gle/HbVqmJpCCyCb9Wpd9








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu