“Startup School 3” layihəsi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təqdim olundu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan" portalı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Startup School 3” layihəsi ilə bağlı infosessiya keçirib.
Tədbirdə universitetin innovasiya və sahibkarlıqla maraqlanan tələbələri, startap komandaları, gənc tədqiqatçılar iştirak ediblər. Sessiyanın əsas məqsədi “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramında iştirak imkanlarını izah etmək və gəncləri innovasiya və sahibkarlığa cəlb etmək olub.
Təqdimatla çıxış edən “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov proqramın mərhələləri, məqsədləri və iştirakçılara təqdim etdiyi imkanlar barədə ətraflı məlumat verib. O bildirib ki, bu təşəbbüs yaşıl texnologiyalar və rəqəmsal həllər üzrə fəaliyyət göstərən startapları dəstəkləyərək innovativ mühitin formalaşmasına və regional əməkdaşlığın inkişafına xidmət edir.
İnteraktiv formatda təşkil olunan sessiya çərçivəsində iştirakçılara proqramın seçim meyarları, təlim və mentorluq imkanları, həmçinin beynəlxalq tərəfdaşlıqlarla bağlı ətraflı məlumat verilib, tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramı Mərkəzi Asiya və İpək Yolu boyunca yerləşən ölkələrdən olan innovativ startapların iştirakını nəzərdə tutur. Proqramın əsas məqsədi gənc innovatorların bilik və bacarıqlarını təkmilləşdirmək, onları rəqabətli qlobal bazarlara hazırlamaq, eləcə də rəqəmsal və ekoloji baxımdan dayanıqlı texnoloji həllərin inkişafını təşviq etməkdir. Akselerasiya proqramına startapların qeydiyyatı 1 avqust 2025-ci il tarixinədək davam edəcək.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır