“Enterprise Azerbaijan” portalının "Startup School 3" layihəsinin yerli tərəfdaşları artıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Enterprise Azerbaijan" portalının təşəbbüsü ilə həyata keçirilən "Startup School 3" layihəsi çərçivəsində "Yaşıl və Rəqəmsal İpək Yolu" (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramına tərəfdaşların cəlbi prosesi uğurla davam etdirilir.
Proqram innovasiya, rəqəmsallaşma və yaşıl texnologiyalar sahəsində fəaliyyət göstərən startapları dəstəkləməyi, onların beynəlxalq ekosistemə inteqrasiyasını və investisiya ilə təminatını hədəfləyir.
Layihəyə bir sıra nüfuzlu yerli tərəfdaşlar cəlb olunub. Tərəfdaşlar sırasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əqli Mülkiyyət Agentliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, İqtisadi Zonaların İnkişafı Agentliyi, “Azərenerji” ASC, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı, Rəqəmsal Ticarət Qovşağı (Digital Trade Hub), “Azexport” portalı və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi kimi dövlət qurumları yer alır.
Eyni zamanda, layihə çərçivəsində "Caucasus Ventures", “SABAH.HUB”, “Founder Club”, “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzi, “Code Academy”, “Coders Azerbaijan”, “SUP.VC” və “Yeni Fikir” kimi özəl təşkilatlarla da əməkdaşlıq həyata keçirilir. Bu tərəfdaşlıqlar layihənin məqsədlərinə nail olunmasında və startap mühitinin inkişafında əhəmiyyətli rol oynayır.
Proqram çərçivəsində iştirakçılara bir sıra mühüm imkanlar təqdim olunur. Startaplar qlobal ekosistemin peşəkar mütəxəssislərindən mentorluq, "Startap Şəhadətnaməsi", patentləşdirmə proseslərində dəstək, yerli və qlobal startaplarla şəbəkələşmək, beynəlxalq innovasiya ekosisteminə inteqrasiya olunmaq, eləcə də yerli və xarici investisiya imkanları əldə edəcəklər.
Qeydiyyat müddəti:1 avqust 2025-ci il tarixinə qədər davam edir.
Qeydiyyat linki: https://forms.gle/YwzgE1aXizJ6Km2e9








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib