Azərbaycanın dünya startap reytinqində irəliləməsi ölkədə ekosistemin inkişafı istiqamətində aparılan islahatların nəticəsidir
Dünyada startap ekosistemi üzrə qiymətləndirmə aparan “Global StartupBlink” 2025-ci il üzrə “Startup Ecosystem Report 2025” hesabatını açıqlayıb. Reytinqdə Azərbaycan 6 pillə irəliləyərək 100 ölkə arasında 74-cü yerdə qərarlaşıb. Bakı şəhəri isə şəhərlərarası reytinqdə 47-ci pilləni tutaraq Mərkəzi Asiyada ən yüksək artım tempi nümayiş etdirib.
Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov bildirib ki, reytinqdə Bakı şəhərinin sürətli sıçrayışı regional innovasiya ekosistemində, xüsusilə Mərkəzi Asiya regionunda lider mövqe potensialını artırır. Bu göstəricilərin formalaşmasında Bakıda “e-commerce”, “edtech”, “digital transformation” və “green technology” sahələrində real fəaliyyətlərin baş verməsi və bununla da investisiya cəlbediciliyinin artması mühüm rol oynayır.
“Enterprise Azerbaijan” portalının rəhbəri qeyd edib ki, “StartupBlink”in “Global Startup Ecosystem” hesabatı hər il hər bir ölkə üzrə ekosistemin müxtəlif sahələrini xarakterizə edən kəmiyyət, keyfiyyət və biznes mühiti indeksləri əsasında formalaşır. Azərbaycanın Şərq-Qərb ticarət kommunikasiyalarında artan mövqeyi, xüsusilə dünyanın iqtisadi nəhənglərindən hesab olunan Çin ilə əməkdaşlığının artması regionda ticarət dövriyyəsinin sürətli artımına zəmin verir. Bu tendensiya yeni investisiya imkanlarından xəbər verməklə yanaşı, biznes mühitinin yaxşılaşmasına, rəqabətin artmasına və innovasiyalara olan tələbatın yüksəlməsinə gətirib çıxarır.
Azərbaycanda innovasiya ekosisteminin inkişafında dövlət, özəl və qeyri-hökumət tərəfləri rol oynayır. Dinamika əsasında ekosistemdə oyunçuların təsirinin hər il getdikcə artdığı müşahidə olunur.
İsa Qasımov vurğulayıb ki, ekosistemin inkişafında Azərbaycanda bilik iqtisadiyyatının formalaşmasında dövlət qurumları arasında spesifik mövqe nümayiş etdirən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, eləcə də Mərkəzin tabeliyində fəaliyyət göstərən “Enterprise Azerbaijan” portalı da əhəmiyyətli mövqeyə malikdir. “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School” layihəsi artıq 3 ildir ki, fəaliyyət göstərir. Müxtəlif fəaliyyətlər əsasında (“bootcamp”, hakaton, müsabiqə və s.) indiyə qədər onlarla startapın formalaşması və bazara interqasiyasında rol alan “Startup School” bu il “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramı ilə ekosistemə fayda qazandırmağa davam edir.
Akselerasiya proqramına Azərbaycan, Macarıstan, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Əfqanıstan, Pakistan və Çin kimi Mərkəzi Asiya və tarixi İpək Yolu üzərində yerləşən ölkələrdən olan startap komandalarının müraciətləri qəbul olunur. Proqram çərçivəsində ABŞ, Cənubi Koreya, Çin, Almaniya, Türkiyə və Azərbaycanın qabaqcıl təcrübələrindən istifadə ediləcək, eyni zamanda beynəlxalq ekspertlər və mentorlar akselerasiya mərhələsinə cəlb olunur.







Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib