İİTKM-in nümayəndəsi İtaliyada keçirilən beynəlxalq konfransda çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Rəqəmsal Ticarət Qovşağının rəhbəri vəzifəsini icra edən Aygün Əhmədova İtaliyanın Roma şəhərində “ADA–Luiss Forum on EU–EaP Policy” adlı beynəlxalq konfransda çıxış edib.
ADA Universiteti ilə İtaliyanın Luiss Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı ölkələri arasında münasibətlərin strateji aspektləri, təhlükəsizlik, enerji, rəqəmsallaşma kimi mövzular müzakirə edilib.
Aygün Əhmədova “Qüvvələrin strateji rəqabəti dövründə qarşılıqlı fəaliyyət siyasəti” (Connectivity Politics in a Time of Strategic Power Rivalries) adlı paneldə “Azərbaycanın innovasiya, sahəvi transformasiya və süni intellektin inteqrasiyasına yanaşması” (Azerbaijan’s Approach to Innovation, Sectoral Transformation and AI Integration) mövzusunda təqdimatla çıxış edib. O, rəqəmsal transformasiya, süni intellekt strategiyaları və bu sahədə həyata keçirilən dövlət siyasətinin əsas prioritetləri barədə danışıb.
İİTKM-in nümayəndəsi Azərbaycanda rəqəmsal mühitin və startap ekosisteminin inkişafı, bu sahədə kadr hazırlığı, sənaye və texnologiya parklarında tətbiq olunan güzəşt mexanizmləri barədə məlumat verib. O həmçinin yaşıl enerji siyasətinin gələcək süni intellekt həlləri və superkompüter infrastrukturu üçün baza kimi çıxış etməsinin əhəmiyyətini vurğulayıb.
Aygün Əhmədova İİTKM-in fəaliyyəti və həyata keçirdiyi layihələr, o cümlədən dövlət proqramları və strategiyalarının monitorinqi sahəsində əldə olunan nəticələr barədə də ətraflı danışıb.
Paneldə Sİ texnologiyalarının diplomatik əlaqələrə təsiri, etik yanaşmalar, yaşıl enerji ilə dəstəklənən rəqəmsal modellər və hesablama infrastrukturu mövzuları ətrafında geniş fikir mübadiləsi aparılıb.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib