Bakıda İİTKM-in tərəfdaşlığı ilə "II Türk dövlətləri ticarət və investisiya əməkdaşlıq forumu və sərgisi" başlayıb
Bu gündən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Türkiyənin “Rok Expo” şirkətinin birgə təşkilatçılığı ilə Bakıda “II Türk dövlətləri ticarət və investisiya əməkdaşlıq forumu və sərgisi” keçirilir.
Forumda açılış nitqi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, professor Vüsal Qasımlı, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin birinci müavini Samir Hümbətov, Milli Məclisin deputatı Məzahir Əfəndiyev, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təmsilçisi Ramin Şərifov çıxışlar ediblər. Onlar Azərbaycanda Türk dövlətlərinin təmsilçilərinin iştirakı ilə belə bir forum və sərginin keçirilməsinin əhəmiyyətini vurğulayıb, investisiya mühitinin formalaşması üçün vacib amil hesab ediblər.
Forumun açılışında Azərbaycana qonaq gələn digər qurumların rəsmiləri də çıxış ediblər. Özbəkistanın Ticarət və Sənaye Palatasının sədr müavini vəzifəsini icra edən Şotursunova Nodirə Nosirovna, Türkiyənin Azərbaycandakı Səfirliyinin Ticarət Baş Müşaviri Murat Yaman, Şimali Kipr Türk Respublikasının iqtisadiyyat və enerji naziri Olgun Amcaoğlu və Türk Ticarət Sərgisi Təşkilatçısı, “ROK Expo” şirkətinin sədri Aygün Əliyeva tədbirlə bağlı fikirlərini bölüşüblər.
İyun ayının 12-ə qədər üç gün ərzində keçiriləcək Forumda “Türk dövlətləri iqtisadiyyatı”, “Türk dövlətlərində kənd təsərrüfatı ticarəti və imkanları”, “Kommersiya mübahisələrinin həllində arbitraj və mediasiya”, “Türk dövlətlərində rəqəmsal ticarət”, “Türk dünyası biznes qadınları zirvəsi”, “Akademik istiqamətlər”, “Startaplar və investisiyalar”, “Türk dünyasında mediyanın gücü” mövzularında panel müzakirələri təşkil olunacaq.
Forumla birgə təşkil olunan sərgi çərçivəsində 10 ölkədən 35-ə yaxın sahə üzrə, o cümlədən ticarət, enerji, yaşıl iqtisadiyyat, turizm, rəqəmsallaşma və hətta kosmik tədqiqatlara qədər məhsullar və qabaqcıl texnologiyalar nümayiş etdirilir. Tədbir çərçivəsində ikitərəfli görüşlər keçirilir, şirkətlərin strateji tərəfdaşlıqları qurulur və türk dövlətlərinin ortaq brendlərinin yaradılması ilə bağlı müzakirələr aparılır.
Beynəlxalq tədbir Türk dövlətləri arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, ticarət həcminin artırılması və birgə investisiya layihələrinin reallaşdırılması baxımından mühüm platforma rolunu oynayır.




Ekspert yazıları
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Dünyanın ilk süni intellekt əsaslı klinikası daha çevik xidmət modelinə keçidi simvolizə edir
Səbinə Cumazadə
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Rəqabətqabiliyyətli məhsul istehsalı üçün milli standartlaşdırmanın təkmilləşdirilməsi əhəmiyyətlidir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan - Çin münasibətləri: formalaşması və perspektivləri
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycan-Almaniya strateji tərəfdaşlığında yeni perspektivlər: Yaşıl gələcəyə doğru
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Süni intellektə strateji baxış ölkənin rəqəmsal gələcəyinin möhkəmlənməsində mühüm rol oynayacaq
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Sosial sahibkarlıq iqtisadiyyatın dayanıqlılığı üçün mühüm vasitədir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
İğdır-Naxçıvan qaz kəməri: sosial-iqtisadi, siyasi və strateji əhəmiyyəti