Dağ-mədən və metallurgiya sənayesinin inkişafında yeni mərhələ

Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə ölkənin qeyri-neft sektorunda yeni istehsal imkanlarının formalaşdırılması baxımından mühüm istiqamətlər müəyyənləşdirib. Dövlət Proqramının əsas hədəfi yalnız faydalı qazıntıların hasilatının artırılması deyil, xammalın ölkə daxilində daha yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsi və bütöv istehsal zəncirinin formalaşdırılmasıdır.

Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, dünyada texnoloji inkişafın sürətləndiyi bir dövrdə Azərbaycanın öz mineral xammal bazasını qlobal iqtisadiyyatın tələblərinə uyğunlaşdırması qeyri-neft ixracı üçün əvəzsiz imkanlar açır. Mövcud iqtisadi reallıqlar sənaye zəncirinin tam qapalı dövrədə - hasilatdan başlayaraq dərin emala və nəhayət, son məhsul istehsalına qədər ölkə daxilində qurulmasını tələb edir. Dövlət Proqramının əsas fəlsəfəsi məhz bu iqtisadi hədəfə əsaslanır: yerli zənginləşdirmə və emal müəssisələri vasitəsilə yüksək əlavə dəyərli sənaye məhsulları yaradaraq qlobal bazarlara daha geniş çıxış əldə etmək. Bu, "Made in Azerbaijan" brendinin beynəlxalq metallurgiya bazarında rəqabət gücünü qat-qat artıracaq.

Sənəddə müəyyən edilmiş hədəflər, xüsusən də 2030-cu ilədək sektorun illik ixrac potensialının 1,3 milyard manatdan 3,4 milyard manata (2,6 dəfə) çatdırılması ölkənin xarici ticarət balansına güclü təsir göstərəcək. Bu hədəfə çatmaq üçün atılan addımlar artıq öz bəhrəsini verir. Dövlət sektorunu təmsil edən "AzerGold" QSC-nin artan ixrac göstəriciləri, xüsusən də cari ilin ilk 8 ayı ərzində 180 milyon ABŞ dollarından artıq ixrac reallaşdırması sahənin zəngin potensialını nümayiş etdirir. Gələcəkdə "Daşkəsən" dəmir filizi yatağı bazasında 2 milyon ton istehsal gücünə malik isti briketləşdirilmiş dəmir zavodunun qurulması, Avropada ən perspektivli yataqlardan sayılan "Filizçay"da mis, sink və qurğuşun resurslarının istismarı, o cümlədən Naxçıvan və Qarabağ zonasında yeni geoloji kəşfiyyat işləri bu rəqəmləri dəfələrlə artıracaq.

A.Qədəşov Proqramın ölkəmizə gətirəcəyi strateji dividentləri izah edərək qeyd edib ki, dərin emal sənayesinin qurulması Azərbaycanı dünya bazarında xammal ölkəsi statusundan çıxararaq qlobal təchizat zəncirində, xüsusən avtomobilqayırma və bərpaolunan enerji sektorlarında etibarlı “B2B” tərəfdaşına çevirəcək. Məhsullarımızın müasir standartlarla daxildə emalı beynəlxalq “ISO” və sənaye sertifikatlarının alınmasını təmin edərək, Qərb sənaye klasterlərinə birbaşa nüfuz etməyimizə imkan verəcək. Ən vacib məqamlardan biri "yaşıl metallurgiya" trendidir. Azad edilmiş ərazilərdə və Naxçıvanda formalaşdırılan "yaşıl enerji"nin metallurgiyaya tətbiqi ilə karbon ayaq izi aşağı olan "yaşıl metallar" istehsal olunacaq ki, bu da Avropanın Sərhəddə Karbon Tənzimlənməsi Mexanizminə (CBAM) tam uyğun olaraq ixrac rəqabətliliyini yüksək səviyyəyə qaldıracaq. Yekun etibarilə, həm istehsal həcmlərinin dəfələrlə artması, həm də beynəlxalq standartlaşma Azərbaycan məhsullarının London Metal Birjası kimi qlobal əmtəə birjalarında və “B2B” elektron ticarət platformalarında birbaşa, rəqəmsal yollarla realizasiyasına fundamental zəmin yaradacaq.

Müşavirədə qeyd olunan investisiya siyasətinə toxunan Ayxan Qədəşov bildirib ki, layihələrin icrası üçün nəzərdə tutulan 5,3 milyard manatlıq investisiyanın 80 faizinin özəl və borc kapitalı hesabına cəlb edilməsi ölkədəki cəlbedici sərmayə mühitinin göstəricisidir. Bu strateji yanaşma həm yerli, həm də xarici investorların Azərbaycan iqtisadiyyatına aktiv inteqrasiyasını təmin edərək yeni maliyyə axınları formalaşdırır.

Proqramın iqtisadi miqyası qədər sosial və regional əhəmiyyəti də dərindir. Sektorda 5 mindən çox daimi iş yerinin yaradılması ölkədə məşğulluğun davamlı artımına, xüsusən də azad edilmiş ərazilərə Böyük Qayıdış prosesinə əlavə təkan verəcək. Digər tərəfdən, metallurgiya sənayesinin inkişafı aqrar sektor və inşaat kimi sahələrdə müsbət zəncirvari reaksiya yaradaraq avadanlıq, texnika və metal konstruksiyaların yerli istehsalını stimullaşdıracaq.

Ayxan Qədəşov vurğulayıb ki, son illərdə uğurla formalaşdırılmış güclü elektrik enerjisi və qaz infrastrukturu Azərbaycana belə böyük və enerjitutumlu sənaye layihələrini sərbəst şəkildə icra etmək imkanı verir. Ümumilikdə, 2027–2030-cu illəri əhatə edən bu Dövlət Proqramı Azərbaycanın uzunmüddətli sənaye təhlükəsizliyini təmin edən, qeyri-neft sənayesini qlobal ticarətin mərkəzinə daşıyan və ölkəmizin regionda sənaye qovşağı kimi mövqeyini sarsılmaz edən fundamental bir addımdır.