“Azexport” portalının təqdim etdiyi "Sərbəst satış sertifikatı" "Rəqəmsal logistika platforması"na tam inteqrasiya edilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalı və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Rəqəmsal logistika platforması" (DLP) arasında əməkdaşlıq çərçivəsində nəzərdə tutulan işlər uğurla yekunlaşıb. Artıq “Azexport” tərəfindən sahibkarlara təqdim olunan "Sərbəst satış sertifikatı" (Certificate of Free Sale) tam elektronlaşdırılaraq DLP platformasına inteqrasiya edilib.
Yeni inteqrasiya xidmətdən istifadəni sahibkarlar üçün daha çevik və şəffaf edir. Proses çərçivəsində sənədlərin qəbulu tam elektronlaşdırılıb: sahibkarlar müraciətləri interaktiv qaydada doldurur və zəruri faylları birbaşa sistemə yükləyirlər. “QR” kod və müraciət nömrəsi kimi identikləşdirmə rekvizitləri ilə təmin olunan elektron sistem sahibkarlara öz şəxsi kabinetləri vasitəsilə müraciətin icra statusunu tam izləməyə imkan verir. Nəticədə, sahibkarlar heç bir fiziki təmasa ehtiyac qalmadan, hazır sertifikatı platformadan “PDF” formatında birbaşa yükləyə bilirlər.
“Azexport” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, “kağızsız ticarət” üzrə dünyada qəbul olunan beynəlxalq standartların ölkəmizdə tətbiqi istiqamətində proseslərin davamı olan bu inteqrasiya sahibkarların vaxta və resurslara qənaət edərək strateji bazarlara daha çevik çıxışını təmin edir.
Qeyd edək ki, sərbəst satış sertifikatı Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac imkanlarının genişləndirilməsində mühüm rol oynayır. 2018-ci ildən etibarən əsasən insan orqanizmi ilə təmasda olan tibbi avadanlıqlar, qida məhsulları və dərman vasitələri daxil olmaqla, 700-dən artıq adda məhsula bu sənəd təqdim edilib. Bu sertifikat yerli məhsulların əvvəllər ixracında çətinlik olan Körfəz, Asiya və Amerika ölkələri kimi strateji bazarlara çıxışını asanlaşdırıb.
İxracatçılar xidmətdən yararlanmaq üçün aşağıdakı keçiddən istifadə edə bilərlər:
Xidmətə keçid:
https://dlp.gov.az/documents/accompanying-documents/free-sale-certificate





Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib